Siyasət

DTX əməliyyatından sonra Anar Kərimovun iş başında olduğu deyilir

2 Noyabr, 2022
2291

Rəsmi səhifə

Mədəniyyət naziri  Anar Kərimov iş başındadır. 

Bu sözləri noyabrın 2-də Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib. 

O qeyd edib ki, Anar Kərimov ezam olunub, "vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir. Çünki iş icrası təkcə inzibati binada olmur”.

https://toplum.tv/siyaset/dtx-medeniyyet-nazirliyinde-emeliyyat-kecirdi-saxlanilan-var

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. DTX bildirir ki, əməliyyat zamanı vəzifəli şəxslər, o cümlədən mədəniyyət nazirinin müavini saxlanılıb.  

Yerli KİV-də yayılan iddialara görə, əməliyyat zamanı nazir Anar Kərimov iş yerində olmayıb.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo