Siyasət

Əliyev Makronu "küçə leksikonundan istifadə"də ittiham etdi

14 Oktyabr, 2022
1985

President.az

Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. 

"President.az" saytının məlumatına görə, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri barədəkı açıqlamasında münasibət bildirərkən deyib. 

Dövlət başçısı çıxışında həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının mümkün olmadığını söyləyib:

“Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

https://toplum.tv/siyaset/putin-makronu-tenqid-edib-eliyevle-pasinyani-rusiyaya-devet-edib

Emmanuel Makron bir neçə gün öncə ölkə mətbuatına açıqlamasında Azərbaycanı və Rusiyanı Ermənistanı sıxışdırmaqda ittiham etmiş və ölkəsinin Ermənistanı heç vaxt tək qoymayacağını bildirmişdi. 

 “Son iki ildə (Ermənistan və Rusiya) sərhədində nə baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, (amma) bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə ediblər, Azərbaycan oyunununda iştirak ediblər və indi nə vaxtsa yaxın olduqları Ermənistanı zəiflətmək üçün geri qayıdıblar. Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, hamımızın sabitliyini pozmaq üçün Qafqazda qarışıqlıq yaratmaq istəyir”, - Makron müsahibəsində deyib. 

O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir (...) Azərbaycan sərhəd boyu bir neçə hücuma keçib. Biz onları qınadıq. Biz erməniləri tək qoymacağıq”.

Makron xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa siyasi birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub: “Bu, yeri gəlmişkən, Ermənistanın baş nazirinə müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”.

Qaz tədarükü ilə bağlı saziş imzaladığına görə Aİ-nin Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır. 

“Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışacağam və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”, - deyə Fransa lideri qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

AŞPA-nın baş məruzəçisi İqbal Əbilovu azad etməyə çağırıb

23 May 2025

Foto: sosial media

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan Azərbaycanda talış tarixinin tədqiqatçısı İqbal Əbilova 18 il hökm oxunmasından “dərin narahatlıq keçirir”.  Bu barədə o, mayın 22-də bəyanat yayıb.  Royhan bəyanatda deyir ki, Əbilova qarşı dövlətə xəyanət və nifrət təşviqatı ittihamlarının əsası onun erməni həmkarlarla professional əməkdaşlığına söykənir və o, sadəcə talış tarixi və mədəniyyəti haqqında tədqiqatlar aparıb.  “Akademik azadlıq – yəni tədqiqat aparmaq və bilikləri, həqiqətləri heç bir məhdudiyyət olmadan yaymaq azadlığı – şübhəsiz ki, ifadə azadlığı hüququ ilə qorunur. Bu, demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir və tədqiqatçılar istənilən əsassız siyasi müdaxilədən qorunmalıdır. Mən Azərbaycan hakimiyyətini...
Siyasət

Rubio: Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalır

22 May 2025

Foto: Açıq mənbədən götürülüb

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistandan danışıb.  Konqresdə hesabat verən Rubioya konqresmenlərdən biri Kris Smit Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın rolu barədə sual verib.  Smit Azərbaycan Prezidenti İlham Əliyevi diktator adlandırıb və ölkədə siyasi məhbusların və müharibə əsirlərinin olduğunu deyib. O, Rubiodan həmin şəxslərin azad olunmasında "əlindən gələni etməsini" xahiş edib.  Rubio cavabında deyib ki, ABŞ-ın bölgədə əsas fokuslarından biri Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır.  "Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalmaqdadır, Vaşinqton bunun qarşısını almağa çalışır", - o bildirib.  Dövlət katibi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı deyib ki, "əksər hallarda ideal modelə sahib olmayan ölkələrlə də işləməliyik".

Seçilmiş Videolar

Toplum TV loqo