president.az
Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Şuşada keçirilən Qlobal Media Forumunda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.
Kreml sözçüsü Dmitri Peskov isə iyulun 14-də jurnalistlərlə söhbətində bu mövqenin yanlış olduğunu deyib.
"Bütün kanallar vasitəsilə, ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik", - o əlavə edib.
Lakin Peskov bu cür fikir ayrılıqlarının ikitərəfli münasibətlər üçün təhlükə yaratmadığını düşündüyünü də deyib.
"Bizim yaxın münasibətlərdə olduğumuz və bu məsələdə bizim qətiyyən razılaşmadığımız mövqeyi bölüşən bir sıra dövlətlər var. Bəli, bu fikir ayrılıqları mövcuddur. Lakin hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil. Biz praqmatik yanaşmaya sadiqik", - o qeyd edib.
Peskov Azərbaycan prezidentinin TASS informasiya agentliyinin sabiq baş direktor müavini Mixail Qusmanın işdən çıxarılması ilə bağlı dediklərini də şərh edib. Əliyev iddia etmişdi ki, Qusman ötən ilki media forumunda ona sual verdiyinə görə işindən azad olunub.
"Açığı, çətin ki, kimsə Mixail Solomonoviç Qusmanı zərərçəkən hesab etsin. O, Rusiyada parlaq karyera qurub, böyük nüfuza və müxtəlif imtiyazlara malik olub. Düşünmürəm ki, o, Azərbaycanda belə bir mövqeyə sahibdir. Bunu əminliklə deyə bilərəm", - Peskov cavab verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”