Siyasət

Kallas: "Azərbaycanla insan hüquqları üzrə açıq dialoqumuz fəaliyyətimizin ayrılmaz hissəsidir"

5 May, 2026
191

president.az

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas mayın 5-də Azərbaycana rəsmi səfərə gəlib. 

O, səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı press-relizə əsasən, Kallas Azərbaycanın Aİ üçün etibarlı enerji tərəfdaşı olduğunu deyib. 

"Əməkdaşlığımızı daha da dərinləşdirmək üçün açıq imkanlar mövcuddur, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal sahələrdə. Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ümumi strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığın müzakirəsinə açığıq. Əlbəttə, insan hüquqları ilə bağlı açıq və səmimi dialoq fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır. Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə əldə olunan irəliləyiş tarixi bir fürsət yaradır və bu dinamikanın qorunub saxlanılması vacibdir.

Avropa İttifaqının bu prosesi dəstəkləmək üçün müxtəlif alətləri mövcuddur – etimadın möhkəmləndirilməsi tədbirlərindən tutmuş, artıq ən böyük donor olduğumuz mina təmizləmə fəaliyyətlərinə qədər", - o əlavə edib. 

Kallasın səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə də görüşməsi gözlənilir. 

Avropa Parlamenti ötən ilin dekabrında Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Bu, Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olması ilə izah edilib. 

Tənqidçilər isə Aİ rəhbərliyini Azərbaycanla təmaslar zamanı insan hüquqları pozuntularına göz yummaqda ittiham edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo