Siyasət

Həbsdə olan hüquq müdafiəçisi aclıq edir

4 May, 2022
2172

açıq mənbədən götürülüb

Hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist, hüquq müdafiəçisi Elçin Məmmədin aclıq aksiyasına başladığı deyilir.

“Turan”ın yazdığına görə, bu barədə hüquq müdafiəçisinin anası Rahilə Məmmədli bildirib.

Onun sözlərinə görə, artıq 2 ildir həbsdə olan oğlu özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.

Rahilə Məmmədli oğlunun həbsinin sifarişli olduğun deyir: “Mən özüm də xəstəyəm. Elçin onun həbsində  maraqlı məmurların girovuna çevrilib və törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır. Sabah özüm onunla görüşməyə çalışacam. Ondan xahiş edəcəm aclığı dayandırsın. Elçin hepatit C xəstəsidir, bronxlarında problemlər var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiyasını yerinə yetirmir və prostatitdən əziyyət çəkir. O belə vəziyyətdə aclığa necə dözəcək?”.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və o, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo