Siyasət

Jurnalistə hücumla bağlı prezidentə müraciət olundu

9 May, 2022
2267

Toplum Tv

Bir qrup jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti nümayəndəsi jurnalist Aytən Məmmədovaya edilən hücumla bağlı prezident İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Baş prokuroru Kamran Əliyevə açıq müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, 8 may 2022-ci il, gecə saat 23.45 radələrində jurnalist Aytən Məmmədova evinə gedərkən liftdə naməlum şəxs tərəfindən hücuma məruz qalıb: “Bıçağı jurnalistin boğazına dirəyən şəxs ondan fəaliyyətini dayandırmağı tələb edib və azyaşlı övladı ilə hədələyib.

Aytən Məmmədovanın boğazında gözlə görülə biləcək şəkildə xəsarət izləri var”.

Müraciəti imzalayanlar hadisənin düzgün araşdırılsını və işin arxasında dayanmış şəxslərin tapılıb cəzalandırılmasını tələb ediblər.

“Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısında öhdəliklər götürüb. İnsan hüquları və ifadə azadlığı ilə bağlı təzyiqlər bu öhdəlikləri kobud surətdə pozur.

Halbuki hüquq tələb edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiq və təhdidə məruz qalmamalıdır”, - müraciətdə deyilir.

Müraciətdə vurğulanır ki, jurnalist Aytən Məmmədovaya edilən hücum, söz və mətbuat azadlığına edilən hücumdur: “Onun boğazına dirənən bıçaq bütün jurnalistlərin boğazına dirənən bıçaqdır. Bu səbəbdən ölkə başçısından və hüquq mühafizə orqanlarından tələb edirik ki, bütün jurnalistlərin təhlükəsizliyi və güvənli olaraq öz peşə fəaliyyətlərini yerinə yetirə bilmələri üçün cinayətkar və bu cinayətin arxasında dayanan şəxslər tez bir zamanda tapılaraq cəzalandırılsın!”.

Jurnalist Aytən Məmmədova hücumla əlaqədar Cinayət Məcəlləsinin 134-cü maddəsi (qətl və ya sağlamlığa ağır ziyan vurulması təhlükəsi) ilə cinayət işi başlanıb. İstintaq Binəqədi rayon Polis İdarəsində aparılır.

Bu barədə "Turan"a DİN-in mətbuat xidməti şöbəsinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və məlumat verilib ki, bütün zəruri istintaq hərəkətləri aparılır.

Mayın 8-i gecə saatlarında jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub. Jurnalist bildirib ki, ona hücum edən şəxs bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib. Jurnalist A.Məmmədova məhkəmələrdən hazırladığı reportajları ilə tanınır. Onun son zamanlar ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir.

İ.Süleymanov Tovuzun Dondarquşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur. Məhkəmə prosesi 2 ildir davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo