Foto: açıq mənbə
ABŞ Konqresmenləri Darrell İssa və Qas Bilirakis “Qafqazda eskalasiyanın qarşısının alınması və tərəfdaşlığın möhkəmləndirilməsi haqqında” (PEACE Act – H.R.5632) adlı qanun layihəsini təqdim ediblər.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini D.İssanın ofisi tərəfindən yayılan bəyanatda bildirilir ki, sənədin məqsədi gələcəkdə Ermənistana qarşı mümkün hərbi təcavüzlərin qarşısını almaq və Tramp administrasiyasının vasitəçiliyi ilə əldə edilmiş Ermənistan–Azərbaycan sülh razılaşmasını möhkəmləndirməkdir.
Layihəyə əsasən, Ermənistana qarşı hərbi əməliyyatlara görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə və onların ailə üzvlərinə qarşı sanksiyalar nəzərdə tutulur.
Bunlara ABŞ-dəkı aktivlərin dondurulması, ölkəyə giriş qadağası və Azərbaycanın enerji ticarətini asanlaşdıran maliyyə qurumlarına məhdudiyyətlərin tətbiqi daxildir.
Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatasına təqdim olunub və Xarici Əlaqələr, Ədliyyə və Maliyyə Xidmətləri Komitələrinə göndərilib.
Lakin sənəd hələ komitələrdə müzakirəyə çıxarılmayıb.
ABŞ qanunvericiliyinə əsasən, bir layihənin qanun statusu alması üçün o, bütün aidiyyəti komitələrdə təsdiqlənməli, ardınca həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilməli və sonda prezident tərəfindən imzalanmalıdır.
Avqustun 8-də ABŞ prezidenti Donald Tramp, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda görüşərək birgə bəyanat imzalayıblar. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri həmin sənədi sülh sazişi kimi paraflayıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Yonatan Sindel
Foto/kollaj: Toplum TV
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır