Siyasət

Ehud Barak: "Fələstinli olsaydım, mən də terrorçu olardım" 

8 Oktyabr, 2025
31

Foto: Yonatan Sindel

"Al Jazeera" telekanalı İsrailin Qəzzada apardığı müharibənin iki illiyinə həsr olunmuş sənədli film yayımlayıb. 

Filmdə İsrailin apardığı müharibəni “müasir dövrün ən amansız müharibələrindən biri” adlandıran avstraliyalı jurnalist Con Lyons mülki əhalinin qətliamının səbəblərini araşdırır. Lyons İsrailin siyasi, hərbi və kəşfiyyat nümayəndələrini onların motivləri barədə danışdırır və iki ildə 66 mindən çox fələstinlinin, o cümlədən 20 mindən artıq uşağın öldürülməsinə başqa alternativin olub-olmadığını soruşur.

Sabiq baş nazir Ehud Barak da daxil olmaqla bir sıra hazırki və keçmiş İsrail rəsmiləri ölkələrinin hərəkətlərini özünümüdafiə kimi dəyərləndirirlər. Onlar İsrailin Qəzzada mülki şəxsləri qəsdən öldürdüyünü inkar edirlər. 

Buna baxmayaraq, onların bir neçəsi qarşı tərəfi başa düşdüklərini də ifadə ediblər.

İsrailin daxili təhlükəsizlik agentliyi Şin Betin keçmiş direktoru Ami Ayalon jurnalistin "fələstinli olsaydınız nə edərdiniz" sualına cavab olaraq deyib ki, o, "azadlığını əldə etmək üçün İsrailə qarşı vuruşardı". 

Ehud Barak isə deyib ki, fələstinli olaraq dünyaya gəlsəydi, "yəqin ki, hansısa terror təşkilatına qoşulardı".

İsrail ordusunda komandir olmuş Yehuda Şaul isə daha kəskin fikir səsləndirib. O deyib ki, ordunun Qəzzada mülki ölümləri azaltmaq üçün əlindən gələni etməsi fikri "küt yalandır". 

"Öz ordum haqqında bunu demək çətindir, amma həqiqətdir. Əgər bir HƏMAS üzvünün bir yaşayış binasında ikinci mərtəbədə qaldığını aşkar edirlərsə, baxmırlar ki, o binada ümumilikdə neçə mülki insan yaşayır, bir zərbə ilə vurub uçururlar", - Şaul qeyd edib. 

Hərbçi Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının hərbi yolla məhv ediləcəyinə inanmadığını da deyib. 

"Bunun üçün siz Qəzzada yaşayan 2 milyon əhalini başqa yerə köçürməlisiz, sonra qapı-qapı gəzib və tunellərə girib döyüşməlisiz. Onda bəlkə HƏMAS-ın axırına çıxarsınız. O vaxta qədər isə başqa yerlərdə yeni HƏMAS-lar yaranacaq", - o bildirib. 

Ayalon isə müsahibəsində hazırki hökumətin ən radikal üzvlərindən olan İtamar Ben Qvir və Becalel Smotriçi "terrorist" adlandırıb. Sözügedən nazirlər dəfələrlə Qəzzada etnik təmizləməyə çağırış ediblər. 

"Qəzza: Həmişəlik Müharibə" adlı sənədli filmdə müsahibələr 2024-cü ilin fevralında lentə alınıb.

2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayan müharibə İsrailin zolağı bombalaması ilə davam edib. 

Uzunmüddətli danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs və gələcək idarəetmə üçün sülh planı təqdim edib. HƏMAS atəşkəs, əsir mübadiləsi və hakimiyyətdən getməklə bağlı maddələri qəbul etsə də, digər maddələrlə bağlı danışıqlar davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ Konqresində Azərbaycana qarşı sanksiya layihəsi irəli sürülüb

8 Oktyabr 2025

Foto: açıq mənbə

ABŞ Konqresmenləri Darrell İssa və Qas Bilirakis “Qafqazda eskalasiyanın qarşısının alınması və tərəfdaşlığın möhkəmləndirilməsi haqqında” (PEACE Act – H.R.5632) adlı qanun layihəsini təqdim ediblər. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini D.İssanın ofisi tərəfindən yayılan bəyanatda bildirilir ki, sənədin məqsədi gələcəkdə Ermənistana qarşı mümkün hərbi təcavüzlərin qarşısını almaq və Tramp administrasiyasının vasitəçiliyi ilə əldə edilmiş Ermənistan–Azərbaycan sülh razılaşmasını möhkəmləndirməkdir. Layihəyə əsasən, Ermənistana qarşı hərbi əməliyyatlara görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə və onların ailə üzvlərinə qarşı sanksiyalar nəzərdə tutulur. Bunlara ABŞ-dəkı aktivlərin dondurulması, ölkəyə giriş qadağası və Azərbaycanın enerji ticarətini asanlaşdıran maliyyə qurumlarına məhdudiyyətlərin tətbiqi daxildir. Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr...
Siyasət

ABŞ senatoru Ələsgər Məmmədliyə məktub yazıb 

8 Oktyabr 2025

Foto/kollaj: Toplum TV

ABŞ senatoru Cin Şahin "Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədliyə məktub yazıb. O, məktubunda Ə.Məmmədli də daxil olmaqla "siyasi məhbusların müdafiəsinin" onun "şəxsi prioritetlərindən biri" olduğunu qeyd edib.  "Mən sizin işinizi qaldırmaq və azadlığa buraxılmağınız üçün səsimi istifadə etməyə davam edəcəyəm", - Şahin bildirib.  Ə.Məmmədlinin media eksperti kimi ABŞ-də mənzillənən "Internews" və "IREX" kimi təşkilatlarla, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını xatırladan senator onun "töhfələrini yüksək qiymətləndirdiyini" qeyd edib.  "Sizin karyeranız həqiqətə sadiqliyinizi nümayiş etdirir — bu isə demokratiyanın əsas tərkib hissəsidir", - o əlavə edib.  Ə.Məmmədlinin səhhətindəki problemlərdən də xəbərdar olduğunu bildirən Şahin ona tezliklə...

Seçilmiş Videolar

Toplum TV loqo