Siyasət

ATƏT-in Minsk Qrupu buraxılıb

1 Sentyabr, 2025
153

Foto: açıq mənbə

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsinin həllindən məsul olan Minsk Qrupunun buraxılmasına qərar verib. 

Bu barədə sentyabrın 1-də ATƏT-in sədri Elina Valtonen və baş katibi Feridun Sinirlioğlu bəyanatlarında bildiriblər. 

Onlar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk Qrupu və əlaqədar strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarının qəbulunu müsbət qarşılayıblar. 

“Ermənistan və Azərbaycana sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalar və onların sürətli icrasına başlamaq barədə qətiyyətli qərarlarına görə bir daha səmimi təbriklərimi çatdırmaq istəyirəm. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və bu prosesdəki əla əməkdaşlıqlarına görə tərəflərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, konsensusa nail olunmasında iştirakçı dövlətlərin nümayiş etdirdiyi əməkdaşlıq ruhunu da yüksək qiymətləndirirəm", – Valtonen bildirib.

“Bu, on illərlə davam edən münaqişə və etimadsızlıqdan sonra diplomatiyanın nələrə nail ola biləcəyini göstərən tarixi hadisədir. Bu, tərəflər arasında ortaq məxrəcə gəlmək iradəsi olduqda razılaşmanın mümkün olduğunu sübut edir,” – Sinirlioğlu vurğulayıb.

Bəyanata görə, ATƏT-in fəaliyyətdə olan sədri və baş katibi Azərbaycan, Ermənistan və regionda "davamlı sülh və sabitliyə gətirən səylərə dəstək verməkdə sarsılmaz öhdəliklərini bir daha təsdiqləyiblər". 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun buraxılması üçün birgə müraciət imzalayıblar. 

Nazirlər Şurasının qərarı ATƏT-in bütün 57 iştirakçı dövləti tərəfindən konsensus əsasında qəbul olunub.

ATƏT-in bəyanatında bildirilir ki, bu qərardan sonra yalnız aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar davam edəcək və buraxılma prosesi ən gec 1 dekabr 2025-ci ilə qədər başa çatdırılacaq. 

1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı yaradılan Minsk Qrupuna Fransa, Rusiya və ABŞ həmsədrlik edib. 

Minsk Qrupu 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinədək Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar üçün əsas platforma olub. 

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Minsk Qrupunu tənqid edib, qurumun “fəaliyyətsizliyinin” müharibənin başlaması üçün əsas səbəblərdən biri olduğunu deyib. 

Minsk Qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri olub. Martın ortalarında mətni razılaşdırılan həmin müqavilə avqustun 8-də Vaşinqtonda paraflansa da, hələ imzalanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"

20 İyul 2026

AzEmbTelAviv/X

İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.  "Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.  Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.  "Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.  İsrail hökuməti iyunun 28-də "erməni...
Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...

Seçilmiş Videolar

Toplum TV loqo