İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"
AzEmbTelAviv/X
İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.
"Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.
Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.
"Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.
İsrail hökuməti iyunun 28-də "erməni soyqırımı"nın tanınması barədə qərar verib. Qərar qüvvəyə minməsi üçün parlament tərəfindən ratifikasiya olunmalı idi.
Qərarın Osmanlının varisi olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı tənqidlərinə cavab olaraq verildiyi deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrailin qərarına etiraz etmiş və dəyişilməsinə çağırmışdı.
2023-cü ilin oktyabrında İsrail Qəzzada müharibəyə başlayandan bəri Türkiyə bu ölkəni fələstinlilərə qarşı soyqırımında ittiham edib.
İndiyə qədər 34 ölkə 1915-1917-ci illərdə Osmanlı dövləti ərazisində erməni əhaliyə qarşı qətliamları soyqırımı kimi tanıyıb. Türkiyə isə bu ittihamı rədd edir, həmin vaxt ermənilərin əksəriyyətinin köçürülmə zamanı öldüyünü deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
Apa
Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"
Meydan TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür