CPJ: “Toplum TV işi” üzrə həbs olunanların 'kars'a salınmasından narahatıq
Toplum TV
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq mətbuat azadlığı təşkilatı "Toplum TV işi" üzrə həbsdə olan şəxslərin cərimə kamerasına ("kars") salınmasından narahatlıq ifadə edib.
Bu barədə avqustun 24-də təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin "X" hesabında bəyanat yayımlanıb.
"İş üzrə 15 ilə qədər həbs cəzası almış jurnalistlər və digərləri öz fəaliyyətlərinə görə həbsdə olmamalıdırlar. Jurnalistika cinayət deyil", - bəyanata əlavə olunub.
"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal avqustun 19-da 7 gün müddətinə "kars"a salınıblar. Buna onların həbsxanada içməli su çatışmazlığına etiraz etmələri səbəb olub.
İki gün sonra isə IDI rəhbəri Akif Qurbanov, IDI əməkdaşı Ramil Babayev və "Toplum TV" əməkdaşı Fərid İsmayılov 5 gün müddətinə "kars"a salınıb. Buna səbəb isə onların R.İzzətli və Ə.Zeynalın daha öncə "kars"a salınmalarına etiraz etmələri olub.
"Toplum TV işi" üzrə həbslər 2024-cü ilin martında başlayıb. Bu il iyulun 27-də isə həbs olunan şəxslərə 12 ildən 15 ilə qədər həbs cəzaları verilib.
Onlara qarşı qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə ilə ittiham irəli sürülüb. Özləri isə ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"
sosia media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib