Siyasət

Apellyasiya Məhkəməsi Rüfət Səfərov barədə hökmü qüvvədə saxlayıb 

24 Avqust, 2026
109

sosial media

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"-yə verdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə R.Səfərov barəsindəki hökm qüvvədə saxlanılıb. 

Müdafiə tərəfi prosesin qismən məhkəmə istintaqı ilə birlikdə aparılması üçün vəsatət verib. Digər vəsatət isə üç polis əməkdaşının məhkəməyə şahid kimi çağırılması barədə olub. Məhkəmə vəsatətləri təmin etməyib. 

R.Səfərov çıxışında işin hüquqi əsasları olmadığına görə bu barədə çıxış etməyə lüzum görmədiyini deyib. O əlavə edib ki, məhkəmədən ədalətli qərar gözləntisi yoxdur. 

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Səfərov barədə verdiyi həbs cəzası qərarını qüvvədə saxlayıb.

R.Səfərov iyunun 12-də səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

O, 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib. 

R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo