sosial media
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümumxalq referendumunun keçiriləcəyinə əmin olduğunu bildirib.
Paşinyan bunu Milli Assambleyadakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas məsələ referendumun nə vaxt keçirilməsidir. Baş nazir vurğulayıb ki, vaxt məsələsi yalnız təşkilati deyil, həm də mahiyyət baxımından əhəmiyyət daşıyır.
“Ermənistan ilk növbədə Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Ola bilsin ki, tezliklə Aİİ-dəki tərəfdaşlarımızın çağırışlarını nəzərə alaraq bu prosesə başlayaq”, - Paşinyan deyib.
O qeyd edib ki, referendum Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən, bu müraciətə cavab aldıqdan və üzvlük prosesi ilə bağlı yol xəritəsi əldə etdikdən sonra keçiriləcək.
Paşinyan həmçinin Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib.
Baş nazir çıxışı zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də toxunub.
O bildirib ki, Ermənistan yaxın beş ildə KTMT çərçivəsində fəaliyyətini gücləndirmək niyyətində deyil. Baş nazirin sözlərinə görə, təşkilat Ermənistanı üzvlükdən çıxarmaq qərarına gəlsə, bundan məmnun olar.
Paşinyan bunu Ermənistanın KTMT-dən çıxıb-çıxmamaqla bağlı qərar vermək zərurətindən azad olması ilə izah edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb
president.gov.ua
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib