Siyasət

Ərdoğan CHP liderindən 13 min dollar tələb edir

8 Aprel, 2025
45

CHP

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Partiyasının lideri Özgür Özelə qarşı böhtan və mənəvi ziyana görə məhkəməyə müraciət edib.

Bundan başqa, prezidentə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə Özəl barəsində cinayət işinin başlanmasına nail olunub.

Türkiyə prezidentinin vəkili Hüseyn Aydın X hesabında iddianı təsdiqləyib. 

Onun sözlərinə görə, Ərdoğan Özəlin “xunta” ilə bağlı açıqlamalarına görə siyasi rəqibindən 500 min türk lirəsi (13 min dollardan çox) tələb edir.

Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən CHP-nin üzvü, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə martın ortalarından böyük siyasi böhranın ortasındadır. 

Hakimiyyət İmamoğlunun terror təşkilatları ilə əlaqəsi olduğunu iddia edirdi. Ancaq İmamoğlu yalnız korrupsiyada ittiham olundu. 

Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan işi siyasi hesab edir.

İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub.

Martın 19-dan martın 23-dək etiraz aksiyalarında iştirak edən mindən çox insan saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”

11 Aprel 2025

sosial media

“Amnesty International” insan hüquqları təşkilatı həbsdə olan Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun azad edilməsi üçün çağırış edib.  “Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara məruz qalıb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər keçən günün önəmi var”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib.  “Azərbaycan hakimiyyəti sırf hökuməti açıq şəkildə tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün lazımi səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir”, o əlavə edib.  Tofiq Yaqublu...
Siyasət

Tramp: Azərbaycanın İsraillə dostluğunu yüksək qiymətləndirirəm

10 Aprel 2025

açıq mənbədən götürülüb

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın İsraillə dostluğunu və bu ölkəyə dəstəyini yüksək qiymətləndirir.  O, bunu Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibətilə göndərdiyi məktubda bildirib.  Azərbaycan prezidentinin rəsmi saytında aprelin 10-u dərc olunan məktub ABŞ tərəfindən ictimailəşdirilməyib.  “Ölkələrimizin uzun müddət birgə işləmək tarixi var və mən gələcək illərdə nail ola biləcəyimiz böyük işləri səbirsizliklə gözləyirəm”, məktubda qeyd edilib.  ABŞ Prezidenti, həmçinin Azərbaycan və Ermənistanın “regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını” yazıb.  “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün davamlı tərəfdarı olaraq qalır”, o əlavə edib.  İlham Əliyev aprelin 9-da ADA Universitetində etdiyi çıxışında Tramp administrasiyası ilə münasibətlərin gedişindən...

Seçilmiş Videolar

Toplum TV loqo