Siyasət

Fərid Mehralızadə: “Siyasi həbslər bütün vətəndaşları narahat etməlidir”

1 May, 2025
90

sosial media

“Abzas Media" işi üzrə həbsdə olan, Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb. 

Azadlıq Radiosunun dərc etdiyi məktubda Mehralızadə Azərbaycanda müstəqil medianın son illərdə demokratik mühitdə “nəfəslik” rolunu oynadığını yazıb. 

“Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb", - o qeyd edib. 

İqtisadçının fikrincə, jurnalistlərin və fəalların həbsi bütün Azərbaycan vətəndaşlarını narahat etməlidir. 

“Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı olmayaraq, heç kəsə xeyir gətirməyəcək, bu, son nəticədə cəmiyyətin hər bir fərdinin rifahına mənfi təsir göstərir", - iqtisadçı qeyd edib.

O, mətbuat azadlığının önəmindən danışarkən qeyd edib ki, ölkələrin inkişaf səviyyələri qiymətləndirilərkən sadəcə iqtisadi göstəricilərə yox, həm də mətbuat azadlığı, məhkəmə-hüquq sisteminin müstəqilliyi, qərarların qəbulunda iştirakçılıq səviyyəsi kimi göstəricilərə də diqqət yetirilir. 

Saxlandığı Bakı İstintaq Təcridxanasında informasiya mənbəyinin yalnız yerli telekanallar olduğunu bildirən jurnalist bunun mənfi tərəflərindən danışıb:

“Əminliklə deyə bilərəm ki, əsas fəaliyyət istiqamətlərindən iqtisadiyyat sahəsi başda olmaqla son bir ildə ölkədə baş verən proseslərlə bağlı, demək olar ki, heç bir ciddi informasiya əldə etməmişəm. Yerli telekanalların əksəriyyətinin yayımı sadəcə olaraq bayağı "şou" proqramlarından ibarətdir. Xəbər istiqaməti üzrə ixtisaslaşan telekanallar isə, əsasən, xarici ölkələrlə bağlı xəbərlərə üstünlük verir. Sırf daxili siyasi məsələlərlə bağlı xəbərlər isə birtərəfli xarakter daşıyır və iqtidar partiyasının rəsmi yayım orqanının ritorikası ilə hazırlanır”.

Telekanallarda özü də daxil olmaqla qaçaqmalçılıq ittihamı ilə həbs edilən müstəqil jurnalistlər haqqında yayımlanan reportajlara toxunan Mehralızadə deyib ki, bu medianın peşə etikasına ziddir. 

“Həbs edilən şəxslərlə bağlı hər hansı qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, həmin şəxslər haqqında "cinayətkar", "casus", "agent" kimi absurd və gülməli xitabların işlədilməsi hökumətin nəzarətində olan media orqanlarında peşə etikası ilə bağlı məlumatlılığın aşağı olmasının göstəricisidr. Bu telekanalları izlədikdə onların öz fəaliyyətini eyni mənbədən daxil olan tezislər əsasında təşkil etmələri aşkar görünür. Demək olar ki, hər gün müxtəlif telekanallarda eyni siyasi mövzulara dair eyni sualların, yanaşmaların və hətta bəzən eyni mətnin istifadə edilməsi ilə reportaj və proqramlar hazırlanır”, - o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ombudsman: “Amnesty International” ədalət prinsiplərindən uzaqdır

1 May 2025

açıq mənbədən götürülüb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının baş katibi Aqnes Kallamarda etiraz məktubu ünvanlayıb. Məktubda təşkilatın bu yaxınlarda 2024-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair yayımladığı hesabatda Azərbaycana qarşı “həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların” yayımlandığı iddia olunur.  Ombudsman bildirib ki, bu cür məlumatlar “həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut edib”.  Lakin məktub haqda ombudsmanın saytında gedən bəyanatda hansı məlumatlardan söhbət getdiyi açıqlanmayıb.  Əliyeva, həmçinin “Amnesty International”ın hesabatına cavab olaraq ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin iqlim dəyişikliyi konfransının “təmsilçilik baxımından geniş əhatəyə malik olduğunu,...
Siyasət

İsrail yanğınla mübarizə üçün Azərbaycandan kömək istəyib

1 May 2025

Reuters

İsrail Qüds yaxınlığında baş qaldıran yanğınla mübarizə üçün Azərbaycandan kömək istəyib.  İsrailin xarici işlər naziri Gideon Saar “X” səhifəsində məlumat verib ki, Azərbaycan da daxil olmaqla bir neçə ölkədən həmkarları ilə telefon əlaqəsi saxlayıb və onlardan meşə yanğınları ilə havadan mübarizə üçün dəstək istəyib.  “İsrail xoşbəxtdir ki, lazım olanda onun yanında olan həqiqi dostları var. Biz köməyini təklif edən hər bir ölkəyə təşəkkür edirik”, - o yazıb.  Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun israilli həmkarı ilə telefon danışığı haqda heç bir məlumat verməyib. Azərbaycan rəsmiləri də İsrailə yanğınsöndürən qüvvə göndəriləcəyi ilə bağlı hələ ki, açıqlama verməyiblər.  İsrail Baş naziri...

Seçilmiş Videolar

Toplum TV loqo