açıq mənbədən götürülüb
“Bank Melli İran”ın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə mayın 1-də APA agentliyinə məlumat yayıb.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib.
Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlamışdı.
Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.
AMB sədri Taleh Kazımov bununla bağlı bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib.
"Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək”, - AMB sədri demişdi.
Aprelin 28-də Bakıda səfərdə olan İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüş, tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalamışdı.
Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?
açıq mənbə
Açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”