Reuters
ABŞ və Ukrayna uzun müddətdir üzərində danışıqlar aparılan, “mineral razılaşması” olaraq tanınan sənədi aprelin 30-da imzalayıblar.
Rəsmi olaraq “İqtisadi əməkdaşlıq razılaşması” adlandırılan sənəd ABŞ-a Ukraynanın mineral ehtiyatlarına çıxış imkanı verir.
Qarşılığında isə Ukraynada investisiya fondu yaradılacaq və ABŞ bu fonda yatırımlar edəcək.
"Bu razılaşma Rusiyaya açıq şəkildə göstərir ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna mərkəzli sülh prosesinə sadiqdir. Prezident Tramp Amerika xalqı ilə Ukrayna xalqı arasında bu tərəfdaşlığı davamlı sülhə və rifaha nümayiş etdirmək üçün təsəvvür etmişdi”, - ABŞ-ın Xəzinədarlıq katibi Skot Bessent bəyanatında bildirib.
Donald Tramp aprelin 30-da “NewsNation” kanalına müsahibəsində bildirib ki, bu razılaşma "nəzəri cəhətdən" ABŞ-ın indiyə qədər Ukraynaya hərbi yardım üçün verdiyi pulun daha çoxunu geri alacağı anlamına gəlir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Dojd