Siyasət

İsrail yanğınla mübarizə üçün Azərbaycandan kömək istəyib

1 May, 2025
48

Reuters

İsrail Qüds yaxınlığında baş qaldıran yanğınla mübarizə üçün Azərbaycandan kömək istəyib. 

İsrailin xarici işlər naziri Gideon Saar “X” səhifəsində məlumat verib ki, Azərbaycan da daxil olmaqla bir neçə ölkədən həmkarları ilə telefon əlaqəsi saxlayıb və onlardan meşə yanğınları ilə havadan mübarizə üçün dəstək istəyib. 

“İsrail xoşbəxtdir ki, lazım olanda onun yanında olan həqiqi dostları var. Biz köməyini təklif edən hər bir ölkəyə təşəkkür edirik”, - o yazıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun israilli həmkarı ilə telefon danışığı haqda heç bir məlumat verməyib. Azərbaycan rəsmiləri də İsrailə yanğınsöndürən qüvvə göndəriləcəyi ilə bağlı hələ ki, açıqlama verməyiblər. 

İsrail Baş naziri Benjamin Netanyahu yanğınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. 

Sosial mediada yayılan görüntülərdə yanğının Qüdsdən Təl-Əvivə gedən magistral yola çatdığı, xeyli insanın maşınlarını tərk edərək qaçdığı görünür. 

Qüdsün yanğınsöndürmə idarəsinin rəisi Şmulik Fridman jurnalistlərə deyib ki, yanğın “böyük ehtimalla, ölkə tarixində ən böyüyüdür”. 

Yanğının səbəbi ilə bağlı hələ ki, məlumat bildirilmir. Lakin İsrail polisi bir fələstinlini şübhəli şəxs qismində saxladığını deyib. 

İtaliya, Xorvatiya, İspaniya, Fransa və Ruminiya yanğınla mübarizə üçün helikopterlər göndərib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fərid Mehralızadə: “Siyasi həbslər bütün vətəndaşları narahat etməlidir”

1 May 2025

sosial media

“Abzas Media" işi üzrə həbsdə olan, Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb.  Azadlıq Radiosunun dərc etdiyi məktubda Mehralızadə Azərbaycanda müstəqil medianın son illərdə demokratik mühitdə “nəfəslik” rolunu oynadığını yazıb.  “Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb", - o qeyd edib.  İqtisadçının fikrincə, jurnalistlərin və fəalların həbsi bütün Azərbaycan vətəndaşlarını narahat etməlidir.  “Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı...
Siyasət

Ombudsman: “Amnesty International” ədalət prinsiplərindən uzaqdır

1 May 2025

açıq mənbədən götürülüb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının baş katibi Aqnes Kallamarda etiraz məktubu ünvanlayıb. Məktubda təşkilatın bu yaxınlarda 2024-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair yayımladığı hesabatda Azərbaycana qarşı “həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların” yayımlandığı iddia olunur.  Ombudsman bildirib ki, bu cür məlumatlar “həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut edib”.  Lakin məktub haqda ombudsmanın saytında gedən bəyanatda hansı məlumatlardan söhbət getdiyi açıqlanmayıb.  Əliyeva, həmçinin “Amnesty International”ın hesabatına cavab olaraq ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin iqlim dəyişikliyi konfransının “təmsilçilik baxımından geniş əhatəyə malik olduğunu,...

Seçilmiş Videolar

Toplum TV loqo