Siyasət

Gürcüstan hökuməti 7 QHT-nin bank hesablarını dondurub 

28 Avqust, 2025
286

Foto: açıq mənbə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun yeddi vətəndaş cəmiyyəti təşkilatının bank hesablarının dondurulması ilə bağlı vəsatətini təmin edib. 

Baş Prokurorluq həmin təşkilatların hökumət əleyhinə davam edən etiraz aksiyalarının ilkin mərhələsində zorakılığın təşviqinə şərait yaratdıqlarını iddia edib.

Hədəf alınanlar arasında Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), Vətəndaş Cəmiyyəti Fondu, İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Sosial Ədalət Mərkəzi (SJC), Sapari, Gürcüstan Demokratik Təşəbbüsü (GDI) və Demokratiya Müdafiəçiləri qeyri-hökumət təşkilatları (QHT) var.

Baş Prokurorluq bu cəza tədbirinin "təxribat, təxribat cəhdi və düşmən fəaliyyətinə kömək"  ittihamlarını əhatə edən daha geniş cinayət işinin tərkib hissəsi kimi tətbiq edilməsini tələb edib. İstintaq fevral ayında hökumətyönlü bir qrupun müraciəti əsasında başlanıb və hökumət tənqidçilərinin geniş dairəsini əhatə edib.

Baş Prokurorluq avqustun 27-də verdiyi açıqlamada bildirib ki,  ötən ilin noyabr ayında başlanan etiraz aksiyaları "tədricən polis qüvvələri ilə qarşıdurmalara, qəsdən xarakter daşıyan insidentlərə çevrilib".  Qurumun iddiasına görə, bu, "müxalifət partiyası liderlərinin və bəzi QHT rəhbərlərinin kütləvi itaətsizliyə və ümummilli müqavimətə çağırışlarının" nəticəsi olub.

Prokurorluğun açıqlamasında həm də bildirilib ki, nəticədə "zorakı qruplar onlarla hüquq-mühafizə orqanı əməkdaşını yaralayıb"  və "parlament binasını və polis avadanlıqlarını yandırıblar". 

Qadın hüquqları qruplarından olan Sapari ittihamları “tamamilə əsassız və ləkələyici” adlandırıb.

“Bu iddiaları təsdiqləyən heç bir sübut təqdim edilməyib. Bu qərar Gürcüstan vətəndaş cəmiyyəti təşkilatlarına qarşı Rusiyadakı tipli repressiyaların artan istifadəsinin daha bir nümunəsidir və məqsəd açıq şəkildə tənqidi səsi susdurmaq və vətəndaş cəmiyyəti təməlini dağıtmaqdır”, - təşkilat bildirib. 

Qrup zorakılıqdan zərər çəkmiş qadın və uşaqları onlara müraciət etməyə davam etməyə çağırıb və deyib: “Sizlərə könüllü şəkildə yardım etməyə davam edəcəyik, nə qədər bacarırıqsa”.

Baş Prokurorluq əvvəllər də QHT-lərin bank hesablarının dondurulmasına nail olub. 

Mart ayında Baş Prokurorluq cərimələnmiş və ya saxlanılmış etiraz aksiyası iştirakçılarını dəstəkləyən beş qurumun hesablarını dondurmuşdu. Daha sonra həmin fondlarla əlaqəli şəxslərin evlərində axtarışlar aparılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"

20 İyul 2026

AzEmbTelAviv/X

İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.  "Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.  Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.  "Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.  İsrail hökuməti iyunun 28-də "erməni...
Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...

Seçilmiş Videolar

Toplum TV loqo