Foto: Maryam Nikuradze
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası mitinqlərin keçirilmə qaydalarını sərtləşdirmək üçün qanunvericiliyə düzəlişlər hazırlayıb.
Düzəlişlərdə üzünü gizlədərək, gözyaşardıcı və ya zəhərli maddələrdən istifadə etməklə, yolları bağlamaqla və ya “müvəqqəti qurğular quraşdırmaqla” keçirilən aksiyalarda iştirak edənlər üçün 15 gün, təşkilatçılar üçün 20 gün həbs nəzərdə tutulub.
Bundan əlavə, aksiya zamanı silah və ya pirotexniki vasitə saxlamaq və polisin mitinqi dayandırmaq tələbinə əməl etməmək halında 60 gün həbs nəzərdə tutulub.
Belə fəaliyyətlərin təkrarlanması isə cinayət məsuliyyətinə səbəb olacaq. Bu zaman bir ilə qədər azadlıqdan məhrum etmə və təkrar cinayət hallarında iki ilə qədər həbs nəzərdə tutulur.
Polis əməkdaşına qarşı təkrar və sistematik təhqir və ya itaətsizlik hallarında isə cəza bir ilə qədər nəzərdə tutulur. Bu maddə üzrə şəxs təkrar məsuliyyətə cəlb olunarsa iki ilə qədər həbs cəzası ala bilər.
Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib ki, bu hallarda “alternativ cəza növləri tətbiq edilməyəcək”.
Gürcüstanda etirazlar 2024-cü ilin noyabrında hökumət Avropa İttifaqına üzvlük üzrə danışıqların dayandırıldığını açıqladıqdan sonra başlayıb.
Oktyabrın 4-də Tbilisidə bələdiyyə seçkilərinin keçirildiyi gün “sülh yolu ilə hakimiyyətin devrilməsi” məqsədilə mitinq təşkil edilib. Bir qrup nümayişçi Prezident Sarayının ərazisinə daxil olub və hüquq-mühafizə orqanları onları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Onlarla şəxs həbs olunub. Baş nazir və “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, etiraz aksiyasına görə bütün məsul şəxslər ciddi cəzalandırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Mirzoyan erməni məhbusların məsələsini azərbaycanlı həmkarları ilə müzakirə etdiyini deyir
Foto: Ermənistan XİN
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır