Siyasət

Həbsdə olan sülh fəalı: “Məxfi sənədlərə çıxışım yoxdur”

21 Aprel, 2025
57

Aprelin 21-də dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə artıq məhkəmə istintaqının başladığı elan olunub.

Məlumatı ictimai fəal Əmrah Təhməzov vəkil Zibeydə Sadıqovaya istinadla yayıb.

Vəkil bildirib ki, prokuror ittihamı elan edib, ardınca Bəhruz  Səmədov çıxış edib.

“O, öz çıxışında heç bir cinayət törətmədiyini, hansısa dövlət qurumunda çalışmadığını, onlarla əlaqəsi olmadığını, 6 ildən çoxdur ki ölkədə olmadığını, heç bir məxfi sənədlərə çıxışı olmadığını və buna görə onu bu cinayətdə ittiham etməyin əsassız olduğunu dedi”,- Z. Sadıqova qeyd edib.

Daha sonra Bəhruz Səmədov müdafiə tərəfi və dövlət ittihamçısının suallarını cavablandırıb. Növbəti proses mayın 16-a təyin olunub.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu aclığının 21-ci günündə: “Hər saat, dəqiqə onu ölümə yaxınlaşdırır”

21 Aprel 2025

sosial media

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu azadlığa buraxılması tələbilə başladığı aclıq aksiyasının 21-ci günündədir.  Əvvəllər də aclıq aksiyaları keçirən siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində bildirir ki, ilk dəfədir onun aclığı bu qədər uzun çəkir.  “Hələ nə qədər çəkəcəyi isə bəlli deyil. Amma hər keçən saat, dəqiqə T. Yaqublunu ölümə daha da yaxınlaşdırır. Yaşadığımız gərginliyi, narahatlığı, stresi anlatmağa söz tapa bilmirəm”, - deyə o qeyd edib.  “Görünən odur ki, T. Yaqubludan qisas alan İlham Əliyev onun ölümüylə bağlı qərarını verib. Tofiq Yaqublunun həyatına görə bütün Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır”, - Nigar Həzi əlavə edib.  Aprelin 20-də...
Siyasət

İctimai fəal Gürcüstanda izlənildiyini deyir

18 Aprel 2025

Nemət Abbasov/şəxsi arxiv

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Nemət Abbasov naməlum şəxslər tərəfindən izlənildiyini bildirir. O bu barədə “JAMnews”a danışıb. Fəalın sözlərinə görə, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, Meydan TV-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib. Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb. İctimai fəal düşünür ki, onu Gürcüstanda izləyirlər.   Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər. Jurnsalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. Bir neçə gün əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqov Azərbaycanın...

Seçilmiş Videolar

Toplum TV loqo