Siyasət

Tofiq Yaqublu aclığının 21-ci günündə: “Hər saat, dəqiqə onu ölümə yaxınlaşdırır”

21 Aprel, 2025
45

sosial media

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu azadlığa buraxılması tələbilə başladığı aclıq aksiyasının 21-ci günündədir. 

Əvvəllər də aclıq aksiyaları keçirən siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində bildirir ki, ilk dəfədir onun aclığı bu qədər uzun çəkir. 

“Hələ nə qədər çəkəcəyi isə bəlli deyil. Amma hər keçən saat, dəqiqə T. Yaqublunu ölümə daha da yaxınlaşdırır. Yaşadığımız gərginliyi, narahatlığı, stresi anlatmağa söz tapa bilmirəm”, - deyə o qeyd edib. 

“Görünən odur ki, T. Yaqubludan qisas alan İlham Əliyev onun ölümüylə bağlı qərarını verib. Tofiq Yaqublunun həyatına görə bütün Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır”, - Nigar Həzi əlavə edib. 

Aprelin 20-də Nigar Həzi və anası Yaqublu ilə Umbakı qəsəbəsində saxlandığı təcridxanadaa görüşüb. O bildirib ki, atası “dəhşət yorğun və halsız” idi. 

“Çox arıqlayıb. Qalxanda başı gicəllənir. Yeriyəndə səndirləyir, divardan tutur, müvazinətini saxlamağa çalışır. Birdən yıxılar deyə, nəzarətçilər qolundan tutur. Rəngi çox qaralıb, artıq çənə sümüyünün konturları qabarıq görünür. Danışanda tez-tez danışdığı sözü unudur. Buna rəğmən özünü bizim yanımızda yaxşıymış kimi göstərməyə çalışırdı”, - Nigar Həzi “Facebook” hesabında yazıb. 

Aprelin 19-da ailəsinin istəyi üzrə həkim Adil Qeybullanın Yaqublunu müayinə etmək üçün təcridxanaya buraxılmasına icazə verilib. Həkim müayinədən sonra bildirib ki, siyasətçinin vəziyyəti orta-ağırdır. 

Qeybulla Yaqubluya aclığı dayandırmasını tövsiyə etsə də, o, aclığı davam etdirməkdə israrlı olduğunu bildirib. Həkim aclıq aksiyasının protokoluna uyğun olaraq Yaqubluya ringer və fizioloji məhlulların qəbulunun vacibliyini bildirib və bundan sonra ona zəruri məhlulları köçürüb. 

Aprelin 1-dən aclıq aksiyası keçirən Yaqublu 12 kq-dan çox çəki itirib. 

Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil. O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həbsdə olan sülh fəalı: “Məxfi sənədlərə çıxışım yoxdur”

21 Aprel 2025
Aprelin 21-də dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə artıq məhkəmə istintaqının başladığı elan olunub. Məlumatı ictimai fəal Əmrah Təhməzov vəkil Zibeydə Sadıqovaya istinadla yayıb. Vəkil bildirib ki, prokuror ittihamı elan edib, ardınca Bəhruz  Səmədov çıxış edib. “O, öz çıxışında heç bir cinayət törətmədiyini, hansısa dövlət qurumunda çalışmadığını, onlarla əlaqəsi olmadığını, 6 ildən çoxdur ki ölkədə olmadığını, heç bir məxfi sənədlərə çıxışı olmadığını və buna görə onu bu cinayətdə ittiham etməyin əsassız olduğunu dedi”,- Z. Sadıqova qeyd edib. Daha sonra Bəhruz Səmədov müdafiə tərəfi və dövlət ittihamçısının...
Siyasət

İctimai fəal Gürcüstanda izlənildiyini deyir

18 Aprel 2025

Nemət Abbasov/şəxsi arxiv

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Nemət Abbasov naməlum şəxslər tərəfindən izlənildiyini bildirir. O bu barədə “JAMnews”a danışıb. Fəalın sözlərinə görə, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, Meydan TV-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib. Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb. İctimai fəal düşünür ki, onu Gürcüstanda izləyirlər.   Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər. Jurnsalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. Bir neçə gün əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqov Azərbaycanın...

Seçilmiş Videolar

Toplum TV loqo