Məhkəmə

Vahid Mustafayevdən 85 min manatlıq saat oğurluğu: Çin vətəndaşlarına 5 il cəza verildi

21 Aprel, 2025
239

açıq mənbədən götürülüb

Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxsə hökm oxuyub.

Hökmə əsasən,  Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər və  cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.

Ötən prosesdə dövlət ittihamçısı onların 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə ötən ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin oğurluq, külli miqdarda ziyan vurduqda maddəsi ilə ittiham olunub.

VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur.

Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir

17 Sentyabr 2025

Foto: sosial media

"Meydan TV işi" üzrə həbs olunan jurnalist Fatimə Mövlamlı sözügedən iş üzrə ibtidai istintaqın bitməsi ilə bağlı təəssüratlarını bölüşüb.  Mövlamlının "Facebook" səhifəsində dərc olunan məktubu olduğu kimi təqdim edirik: “Milyonluq şər” "Meydan TV işi" üzrə istintaq yekunlaşdı. İstintaqın yekunlaşması bu iş üzrə həbs edilənlərə 4 sentyabrda elan olundu. Məlumunuzdur ki, adımız bir milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə, yetmiş doqquz min manatdan artıq vergi borcunda hallandırılır. Hər birimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeddi ayrı maddəsi ilə ittiham edilirik. İttihamları oxuduqca özümü gülməkdən saxlaya bilmirdim. Doğrudan, iş o qədər bərbad və reallıqdan uzaq qurulub ki, məndə hiddət belə doğurmur, sadəcə...
Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...

Seçilmiş Videolar

Toplum TV loqo