Dünya

Çin ABŞ rəsmilərinə sanksiya qoyub

21 Aprel, 2025
136

AP

Çin ABŞ Konqresinin bir neçə üzvünə, hökumət üzvlərinə və qeyri-hökumət təşkilatları (QHT) başçılarına sanksiyalar tətbiq edib. 

Bu barədə Çinin Xarici İşlər Nazirliyi aprelin 21-də xəbər verib. 

Nazirlik sanksiyaları həmin şəxslərin Honq-Konqla bağlı məsələlərdəki “qəbuledilməz davranışları” ilə əsaslandırıb. 

Çin sanksiya tətbiq olunan şəxslərin adlarını və sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb. 

Bundan əvvəl, mart ayında ABŞ altı Çin və Honq-Konq rəsmisinə “şəhərin muxtariyyətini pozmaq təhlükəsi yaradan hərəkətlər etdiklərinə görə” sanksiya tətbiq etmişdi. 

Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Honq-Konqla bağlı məsələlərdə Çin hökumətinin yanlış hesab etdiyi hər hansı bir hərəkət “qətiyyətli cavab tədbirləri ilə qarşılanacaq”.

ABŞ Prezidenti Donald Tramp birinci prezidentliyi dövründə də Çin və Honq-Konq rəsmilərinə ərazinin muxtariyyətinə müdaxilələri əsas gətirməklə sanksiyalar tətbiq etmişdi. 

Trampdan sonra prezident olan Co Bayden də 2021-ci ildə Honq-Konqda siyasi azadlıqların qısıtlanmasına istinad etməklə Çinə qarşı sanksiyaları artırmışdı. 

Çin kütləvi hökumət əleyhinə etirazları yatırmaq üçün 2020-ci ildə milli təhlükəsizlik qanunu tətbiq edəndən bəri, Honq Konq rəsmiləri şəhərin bir sıra aparıcı fəallarını mühakimə edib. 

Hökumət haqqında tənqidi reportajları ilə tanınan media qurumları rəhbər şəxslərin həbsindən sonra bağlanıb, onlarla vətəndaş cəmiyyəti qrupu isə dağılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Ermənistanın "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyinə eyham vurub 

11 May 2026

Açıq mənbə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropaya inteqrasiya ilə bağlı seçim etməli olduğunu deyib.  O, Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan "geosiyasi istiqamətinin nə olduğuna ən tez zamanda qərar verməlidir".  “Mənim fikrimcə, həm Ermənistan əhalisinə, Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər", - o qeyd edib.  Putin əlavə edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığı” davam etdirməyə imkan verəcək. Rusiya lideri, həmçinin, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi...
Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May 2026

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib.  Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb.  Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib.  “Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo