Siyasət

İlham Əliyev 9 May paradı üçün Moskvaya getməyəcək

7 May, 2025
418

açıq mənbədən götürülüb

Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da keçiriləcək Qələbə paradı üçün Moskvaya getməyəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də məlumat verib.

“Təəssüf ki, Əliyev gəlməyəcək. Bunu onunla izah ediblər ki, o, Heydər Əliyevə həsr olunmuş tədbirlərdə iştirak etməlidir", - Uşakov bildirib.

Bir gün öncə Uşakov Moskvadakı paradda Azərbaycan prezidenti də daxil olmaqla 29 ölkə başçısının iştirak edəcəyini açıqlamışdı.

Bir qədər əvvəl İ.Əliyev Rusiyanı 2024-cü ilin dekabrında Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğramasında ittiham etmişdi.

O, Rusiyadan “günahkarların cəzalandırılmasını”, “tam şəffaflığı və insan davranışını” tələb edib.

Təyyarə qəzası nəticəsində üç ekipaj üzvü olmaqla 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılovun azadlığı tələbilə Avropanın müxtəlif şəhərlərində kampaniya keçirilib.  Kampaniyanın təşkilatçıları Azərbaycan səfirliyinin binası da daxil olmaqla ictimai məkanlara posterlər yapışdırıblar. Posterdə Jurnalistləri Müdafiə Komitəsinin saytında F.İsmayılov barədə məlumatın əks olunduğu səhifəyə aparan QR kod yerləşdirilib.  Təşkilatçıların sırasında jurnalist Ülviyyə Şahin, Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və digərləri var.  "Fərid gənc, qətiyyətli, cəsarətli və perspektivli jurnalistdir. Dövlət belə gəncləri potensiallarını reallaşdırmaları üçün dəstəkləməli, onları həbs etməməlidir. Bu repressiv siyasət nəticəsində Azərbaycan dünyada gəncliyi məhv edilən ölkə kimi tanınacaq. Əgər bu zülmü dayandıra bilmiriksə, o zaman hamının bundan xəbərdar olmasını təmin etməyə borcluyuq", - kampaniya...
Siyasət

4 erməni məhbus azad olundu: Digərlərini və “siyasi məhbus”ları nə gözləyir?

16 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Yanvarın 14-də Azərbaycanda həbs cəzası çəkən dörd erməni məhbus azad olunaraq Ermənistana qaytarıldı.  Azərbaycan ictimaiyyəti xəbəri Ermənistan baş naziri Nikol Paşinyandan öyrəndi və müharibə cinayətlərində təqsirli bilinmiş şəxslərin qaytarılması ilə bağlı rəsmi izahat verilmədi.  Növbəti gündən mətbuatda çıxış edən deputatlar isə burada “humanizm prinsipinin rəhbər tutulduğuna” diqqət çəkdilər.  “Biz artıq başqa bir müstəviyə keçir, dünyaya başqa nümunələri də göstəririk. Göstəririk ki, biz kişi kimi mübarizə apara bilirik”, - Milli Məclisin üzvü Səməd Seyidov “Pravda.az”a deyib.  Azərbaycanda soyqırımı və terrorizm də daxil olmaqla müxtəlif cinayət əməllərində təqsirləndirilərək həbsdə saxlanılan daha 19 erməni məhbus var. Onların sırasında keçmiş Dağlıq Qarabağ ərazisində mövcud...

Seçilmiş Videolar

Toplum TV loqo