Siyasət

Konqresmen: “Azərbaycan Əliyevin istismar etdiyi diktaturadır”

30 Aprel, 2025
280

Toplum TV

Aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında “BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları” adlı dinləmə keçirilib. 

Dinləməyə konqresmen Kris Smit sədrlik edib. Smit çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin “ailəsi üçün ölkəni istismar edən bir diktator” olduğunu deməklə başlayıb.

O, daha sonra deyib ki, Azərbaycan hakimiyyəti COP29-a öz imicini beynəlxalq aləmdə yaxşılaşdırmaq üçün imkan kimi baxsa da, bu baş verməyib. 

“Hökumətin insan haqları sahəsindəki iyrənc göstəriciləri konfrans öncəsi mübahisələrə səbəb olub. Xeyli ölkə konfransda iştirak etməyib və ya aşağı səviyyəli nümayəndə heyəti göndərib. Həmçinin, mətbuat ölkə ilə bağlı yazılarda azərbaycanlılara və ermənilərə qarşı hökumətin vəhşiliyinə toxunub”, - o bildirib. 

Smit Konqresdə “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi üzərində işləndiyini də xəbər verib. 

O, COP29-dan sonra Azərbaycanda müstəqil media və fəallara qarşı repressiyaların gücləndiyini, siyasi motivlərlə həbs olunanların sayının 357-yə çatdığını bildirib. 

O, daha sonra “Abzas Media" işi üzrə həbs olunan, Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin adını çəkib, ABŞ hökumətinin onun azadlığı üçün səylər göstərəcəyinə ümid etdiyini deyib. 

Smit, həmçinin Azərbaycanda həbsdə olan sabiq separatçı rejim üzvlərindən danışıb, onları “siyasi məhbus” adlandırıb. 

Daha sonra çıxış edən separatçı rejimin keçmiş “dövlət naziri” Artak Beqlaryan Azərbaycanın 2023-cü ilin sentyabrında keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhaliyə qarşı soyqırımı həyata keçirdiyini deyib. 

“Bu, birdən-birə baş verən faciə deyildi. Bu, məqsədyönlü, metodlu şəkildə həyata keçirilən, humanitar blokada, aclıq, hərbi hücum, mülki əhalinin ölümü, liderlərimizin qanunsuz oğurlanması və həbsi ilə müşayiət olunan əməliyyat idi”, - o qeyd edib. 

Ardınca ABŞ-ın Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblərin artdığını deyib. 

O, həmçinin Azərbaycan hakimiyyətinin avropalı siyasətçilərə rüşvət verərək Avropa Parlamentində Azərbaycan leyhinə qərarların qəbul edilməsinə nail olduğunu bildirib. 

Lanskoy “Abzas Media" işi üzrə həbs olunanların adlarını çəkib. O deyib ki, onların ittiham olduğu işə baxan hakimlər 2013-14-cü illərdə də siyasi motivli işlərdə sifarişli qərarlar veriblər və sonradan bu qərarlar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən əsassız hesab edilib. 

“Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasou çıxışında Azərbaycanda siyasi motivlərlə həbs olunanlardan, “Toplum TV”, “Meydan TV” işlərindən danışıb. O deyib ki, fevralda “Turan” İnformasiya Agentliyinin bağlanması Azərbaycanda müstəqil medianın sonu olub. 

Azərbaycan Xarici İşlər Nazirliyi dinləmədə səslənən iddialara hələ ki, cavab verməyib. 

Azərbaycanda 2023-cü ilin noyabrından etibarən müstəqil jurnalistlərə və fəallara qarşı həbs dalğası başlayıb, 30-dan çox şəxs əsasən qaçaqmalçılıq ittihamı ilə həbs olunub. 

Həbs olunanlar ittihamı qəbul etmirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Sevinc Vaqifqızı “10 Ən Vacib” jurnalist siyahısındadır

1 May 2025

RSF

Vahid Azad Mətbuat Koalisiyası 3 May - Dünya Media Azadlığı Günü münasibətilə illik hazırladığı “10 Ən Vacib” siyahısını dərc edib.  “Həqiqəti söylədiklərinə görə həbs olunan jurnalistlərə” diqqət çəkmək üçün hazırlanan siyahıya bu il Azərbaycandan “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı daxil edilib.  “Vaqifqızı və onun “Abzas Media”dan beş həmkarı Qərb donorlarından qeyri-qanuni şəkildə maliyyə alması adı ilə, çoxsaylı maliyyə cinayətləri ittihamı ilə həbs olunublar və bildirildiyinə görə “dəhşətli şəraitdə” saxlanılmağa davam edirlər. Polis axtarış zamanı media qurumunun ofisində 43 min dollardan çox pul tapdığını iddia edib. Vaqifqızı və həmkarları ittihamları rədd edir və qeyd edirlər ki, onlardan siyasətçilərin sərvəti ilə...
Siyasət

Müxalif fəallar Tofiq Yaqubluya dəstək üçün aclıq edir

1 May 2025

sosial media

Bir qrup müxalif fəal həbsdə olan, 31 gündür aclıq edən Müsavat Partiyası və Milli Şura üzvü Tofiq Yaqubluya dəstək məqsədilə aclıq aksiyası keçirir. Fəallar aksiyaya aprelin 29-da Müsavat Partiyasının qərargahında başlayıb. Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov və Rövşən Səfərovdur. “Tofiq Yaqublunun müdafiəsinə qalxmaq hər bir Azərbaycan vətəndaşının borcudur. O, Qarabağda döyüşüb. Dəfələrlə siyasi məhbus həyatı yaşayıb. T.Yaqublu Azərbaycanın yalnız xoş gününü istəyib. Demokratiya, azadlıq, hüquq istəyib”, - Ceyhun Novruzov aksiyadan çəkdiyi videomüraciətdə deyib.  Mayın 1-də AXCP sədri Əli Kərimli aclıq...

Seçilmiş Videolar

Toplum TV loqo