sosial media
Bir qrup müxalif fəal həbsdə olan, 31 gündür aclıq edən Müsavat Partiyası və Milli Şura üzvü Tofiq Yaqubluya dəstək məqsədilə aclıq aksiyası keçirir.
Fəallar aksiyaya aprelin 29-da Müsavat Partiyasının qərargahında başlayıb.
Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov və Rövşən Səfərovdur.
“Tofiq Yaqublunun müdafiəsinə qalxmaq hər bir Azərbaycan vətəndaşının borcudur. O, Qarabağda döyüşüb. Dəfələrlə siyasi məhbus həyatı yaşayıb. T.Yaqublu Azərbaycanın yalnız xoş gününü istəyib. Demokratiya, azadlıq, hüquq istəyib”, - Ceyhun Novruzov aksiyadan çəkdiyi videomüraciətdə deyib.
Mayın 1-də AXCP sədri Əli Kərimli aclıq edən fəallara baş çəkib. O, aclıq aksiyasını “cəmiyyətin Tofiq Yaqublunu öldürməmək üçün hökumətə harayı” adlandırıb.
Aprelin 1-dən azadlığa buraxılması üçün aclıq edən Yaqublu 15 kq-dan çox çəki itirdiyi və səhhətinin pisləşdiyi deyilir.
Vəkilləri deyir ki, o, ayaqüstə dayana bilmir, başgicəllənmələri yaşayır və yaddaşını tez-tez itirir.
Yaqublunun işi üzrə Apellyasiya Məhkəməsinin iclası mayın 6-a təyin olunub.
Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
RSF