Siyasət

Maduro ABŞ-ni müharibəyə zəmin hazırlamaqda ittiham edir 

27 Oktyabr, 2025
237

Foto: Getty Images

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ni “yeni müharibəyə zəmin hazırlamaqda” ittiham edib. 

Maduro bəyanatını ABŞ-nin ən böyük hərbi gəmisini Karib dənizinə göndərməsinə cavab olaraq verib. 

"USS Gerald R. Ford" gəmisi göyərtəsində 90-a qədər hərbi təyyarə daşıya bilir. 

“O​nlar bir daha müharibəyə başlamayacaqlarına söz vermişdilər, amma indi yeni müharibə uydururlar", - Maduro dövlət mediasında yayımlanan müraciətində bildirib.

ABŞ narkotik qaçaqmalçılığına qarşı müharibə adlandırdığı əməliyyat çərçivəsində bölgədəki gəmilərə son həftələrdə 10 hava zərbəsi endirib.

ABŞ prezidenti Donald Tramp Maduronu narkotik qaçaqmalçılığı təşkilatının rəhbəri olmaqda ittiham edib, Maduro isə bunu inkar edir. Venesuelada ABŞ-nin bölgədə hərbi qüvvələri artırmasının Maduronu hakimiyyətdən devirmək məqsədi daşıdığına dair narahatlıqlar var.

ABŞ Maduronu Venesuelanın legitim rəhbəri kimi tanımayan bir çox ölkədən biridir. Bu ölkədə ən son ötən il keçirilən prezident seçkilərinin nəticələri ABŞ də daxil olmaqla bir çox ölkə tərəfindən tanınmayıb. Müxalifətin səs hesablamaları göstərib ki, onların namizədi böyük fərqlə qələbə qazanıb.

Bununla belə, Venesuela regionun narkotik ticarətində nisbətən kiçik rol oynayır.

ABŞ-nin Müdafiə Departamentindən oktyabrın 24-də bildirilib ki, "USS Gerald R. Ford"  aviadaşıyıcısı ABŞ-nin Cənub Komandanlığının məsuliyyət sahəsinə göndəriləcək, bu əraziyə isə Mərkəzi və Cənubi Amerika, həmçinin Karib dənizi daxildir.

Əlavə qüvvələr “narkotik qaçaqmalçılığını pozmaq və transsərhəd cinayət təşkilatlarını zəiflətmək və dağıtmaq üçün mövcud imkanları gücləndirəcək və artıracaq”, - deyə bəyanatda vurğulanır. 

Tramp Venesuelada quru əməliyyatı keçirmək ehtimalını da dəfələrlə gündəmə gətirib və ötən həftənin əvvəlində bildirib ki, “dənizi artıq tam nəzarət altına aldıqdan sonra indi quruya baxırıq”.

“Bütün narkotiklərin dəniz vasitəsilə daxil olmasının qarşısını aldıq. Çox qısa zamanda bütün narkotiklərin quru vasitəsilə daxil olmasının qarşısını da alacağam. Bunu görməyə başlayacaqsınız", – o, oktyabrın 25-də Ağ Evdə jurnalistlərə bildirib.

ABŞ, həmçinin, bölgədə hava qüvvələrini də gücləndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"

20 İyul 2026

AzEmbTelAviv/X

İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.  "Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.  Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.  "Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.  İsrail hökuməti iyunun 28-də "erməni...
Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...

Seçilmiş Videolar

Toplum TV loqo