Siyasət

Nigar Həzi: “Tofiq Yaqublu son günlərini yaşayır”

4 May, 2025
37

sosial media

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasının 34-cü günündədir. 

Yaqublunun qızı Nigar Həzi mayın 4-də “Facebook” səhifəsində xəbər verib ki, az əvvəl onunla görüşüblər.

N.Həzi bildirib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər və onun ölümü an məsələsidir.

“Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq….”, - Nigar Yaqublu yazıb.

Ailəsi təcili olaraq həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsi üçün müəssisəyə buraxılmalı olduğunu bildirir: “Əks halda Tofiq Yaqubluya qarşı daha bir cinayət törədiləcək və onun ölümü siyasi hakimiyyət tərəfindən gerçəkləşəcək”.

Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib.

Siyasətçi martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Jurnalist Nurlan Libre ağzını tikərək aclığa başlayır

3 May 2025

sosial media

Həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Qəhrəmanlı (Libre) 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayacağını bildirib.  Nurlan Librenin “Facebook” səhifəsində paylaşılan müraciətdə bildirilir ki, o bunu “siyasi məzmunlu həbslərə etiraz etmək” və həbsdə olan siyasətçi  Tofiq Yaqubluya həmrəylik məqsədilə edəcək.  O, ağzını tikməsini isə “simvolik akt” adlandırır və bununla  dövlətə onu özündən başqa heç kimin susdura bilməyəcəyi mesajını verdiyini deyir.  N.Libre əlavə edib ki, aksiyanı tək həyata keçirmir və həbsdə olan digər jurnalist, “Kanal11” xəbər kanalının direktoru Teymur Kərimov da ona qoşulub. O qeyd edib ki, buna görə Kərimov təcridxanada...
Siyasət

Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib

3 May 2025

Toplum TV

Norveçin “Narvesen” şirkətinin təsis etdiyi “The Forbidden Times” qəzetində Toplum TV-yə məqalə həsr olunub.  Qəzetin 3 may nömrəsi Dünya Mətbuat Azadlığı Günü münasibətilə, Nobel Sülh Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.  Toplum TV-yə həsr edilən məqalənin başlığı isə belədir: “Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur.”  Toplum TV-nin anonim jurnalistləri tərəfindən hazırlanan məqalədə media qurumu, onun üzləşdiyi repressiyalar haqqında məlumat verilir.  “Ənənəvi media resurslarının sərt hökumət nəzarətində olduğu Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq həyati təhlükəsi olan peşədir. 3 may dünyada mətbuat azadlığı qeyd olunan vaxt, Azərbaycanda jurnalistlərin hökuməti tənqid etdiyi üçün ödədiyi dözülməz bədəl unudulmamalıdır. Ofisi qapadılan,...

Seçilmiş Videolar

Toplum TV loqo