EPA/EFE
Almaniya hökuməti “Almaniya üçün Alternativ” (AfD) sağçı siyasi partiyasını “ekstremist təşkilat” kimi tanıyıb.
Almaniyanın Konstitusiyanın Qorunması üzrə Federal Ofisinin açıqlamasına görə, qərar partiyanın “insan ləyaqətini alçaldan ekstremist təbiəti” nəzərə alınaraq verilib.
Qurum əlavə edib ki, “AfD”nin fəaliyyətinin hərtərəfli ekspertizası zamanı partiyanın “azad demokratik sistemin əksinə yönəlmiş addımlar atdığı” müşahidə olunub.
"Partiyanın insanları etnik mənsubiyyətə və soy-kökə görə qiymətləndirməsi azad və demokratik cəmiyyətin əsaslarına ziddir. Bu yanaşma bəzi insanları cəmiyyət həyatında bərabər iştirakdan kənarda saxlamağa, onlara Konstitusiyaya uyğun olmayan ayrıseçkilik tətbiq etməyə və nəticədə onları hüquqi baxımdan daha dəyərsiz saymağa yönəlib," – bəyanatda bildirilir.
“AfD” qərara hələ ki, münasibət bildirməyib.
Fevralda keçirilən parlament seçkilərində 20%-dən çox səs yığan “AfD” tarixi nəticə göstərib və ölkə üzrə ikinci yer tutub.
Partiyaya amerikalı biznesmen və ABŞ Prezidenti Donald Trampın məsləhətçisi kimi fəaliyyət göstərən İlon Maskın dəstək olması da “AfD”nin ölkə xaricində populyarlığını artırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Reuters