Toplum TV
Mayın 3-ü dünyada Mətbuat Azadlığı Günü kimi qeyd edilir.
Azərbayca bu günü media azadlığlı üzrə 167-ci yerdə qərarlaşaraq keçirir.
“Sərhədsiz Reportyorlar” təçkilatının mayın 2-də açıqladığı hesabatına görə, ölkə Belarusdan yalnız bir pillə geridə qalmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında media azadlığı ən pis vəziyyətdə olan üç ölkədən biri olub.
2023-cü ilin sonundan başlayaraq ölkənin müstəqil fəaliyyət göstərən, korrupsiy faktları üzə çıxaran, vətəndaşların şikayətlərini işıqlandıran bir neçə media orqanı basqıya məruz qalıb.
Onlardan 2023-cü ilin noyabrında “Abzas Media”-nın və 2024-cü ilin martında “Toplum TV”-nin redaksiyaları polis tərəfindən möhürlənib.
“AbzasMedia işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə mühakimə olunurlar.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
2024-cü il dekabrın 6-da isə isə “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonrada “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.
Bu iş üzrə həbs olunanlara qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
“Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucova da 2023-cü ildə həbs olunub və qaçqqmalçılıq ittihamı ilə 2 il müddətinə azadllqdan məhrum edilib.
2023-cü ilin sonunda həbs olunanlardan biri də Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovdur. Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb-etmə maddəsiylə təqsirləndirilən jurnalist 8 il azadlıqdan məhrum edilib.
Son il yarımda həbs olunan 20-dən çox jurnalist ttihamları qurama sayır və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Rəsmilərsə ölkədə siyasi motivli həbslərin olmadığını, onların konkret cinayətlərə görə cəzalandırıldıqlarını iddia edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Toplum TV