Siyasət

Jurnalist Nurlan Libre ağzını tikərək aclığa başlayır

3 May, 2025
71

sosial media

Həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Qəhrəmanlı (Libre) 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayacağını bildirib. 

Nurlan Librenin “Facebook” səhifəsində paylaşılan müraciətdə bildirilir ki, o bunu “siyasi məzmunlu həbslərə etiraz etmək” və həbsdə olan siyasətçi  Tofiq Yaqubluya həmrəylik məqsədilə edəcək. 

O, ağzını tikməsini isə “simvolik akt” adlandırır və bununla 
dövlətə onu özündən başqa heç kimin susdura bilməyəcəyi mesajını verdiyini deyir. 

N.Libre əlavə edib ki, aksiyanı tək həyata keçirmir və həbsdə olan digər jurnalist, “Kanal11” xəbər kanalının direktoru Teymur Kərimov da ona qoşulub. O qeyd edib ki, buna görə Kərimov təcridxanada təzyiqlərə məruz qalıb. 

Nurlan Libre bu ilin fevralında “Meydan TV işi” üzrə saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir və peşə fəaliyyətilə əlaqələndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib

3 May 2025

Toplum TV

Norveçin “Narvesen” şirkətinin təsis etdiyi “The Forbidden Times” qəzetində Toplum TV-yə məqalə həsr olunub.  Qəzetin 3 may nömrəsi Dünya Mətbuat Azadlığı Günü münasibətilə, Nobel Sülh Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.  Toplum TV-yə həsr edilən məqalənin başlığı isə belədir: “Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur.”  Toplum TV-nin anonim jurnalistləri tərəfindən hazırlanan məqalədə media qurumu, onun üzləşdiyi repressiyalar haqqında məlumat verilir.  “Ənənəvi media resurslarının sərt hökumət nəzarətində olduğu Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq həyati təhlükəsi olan peşədir. 3 may dünyada mətbuat azadlığı qeyd olunan vaxt, Azərbaycanda jurnalistlərin hökuməti tənqid etdiyi üçün ödədiyi dözülməz bədəl unudulmamalıdır. Ofisi qapadılan,...
Siyasət

Geriləmə və həbslər fonunda Mətbuat Azadlığı Günü

3 May 2025

Toplum TV

Mayın 3-ü dünyada Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Azərbayca bu günü media azadlığlı üzrə 167-ci yerdə qərarlaşaraq keçirir. “Sərhədsiz Reportyorlar” təçkilatının mayın 2-də açıqladığı hesabatına görə, ölkə Belarusdan yalnız bir pillə geridə qalmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında media azadlığı ən pis vəziyyətdə olan üç ölkədən biri olub.  2023-cü ilin sonundan başlayaraq ölkənin müstəqil fəaliyyət göstərən, korrupsiy faktları üzə çıxaran, vətəndaşların şikayətlərini işıqlandıran bir neçə media orqanı basqıya məruz qalıb. Onlardan 2023-cü ilin noyabrında “Abzas Media”-nın və 2024-cü ilin martında “Toplum TV”-nin redaksiyaları polis tərəfindən möhürlənib. “AbzasMedia işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov,...

Seçilmiş Videolar

Toplum TV loqo