Siyasət

Həbsdə olan fəalın anası: “Oğlumun sağlamlığı pis vəziyyətdədir, bunlar insan taleyi ilə oynayır”

2 May, 2025
64

sosial media

Həbsdə olan işçi hüquqları fəalı Möhyəddin Orucovun səhhətindəki ağrıların şiddətləndiyi deyilir. 

Bu barədə “Abzas Media”ya onun anası Təranə Orucova məlumat verib. 

O bildirib ki, oğlu 2023-cü ildə həbs ediləndə polis tərəfindən zorakılığa məruz qalıb və saxlanıldığı polis bölməsində onun böyrəyində problemlər yaranıb.

Hazırda onun bir böyrəyində genişlənmə, digərində kristal var.

“Oğlumun sağlamlığı pis vəziyyətdədir. Bu həftə ağrıları şiddətlənib, ağrıkəsici iynə vurublar. Həkim bildirib ki, onu əvvəl yoxlayanda da “kristal” aşkarlayıblar. Ancaq o vaxt bunu gizlətmişdilər. Bu səhər də pristup verib, vəziyyəti ağırlaşıb. Bunlar insan taleyi ilə oynayır. Balamı versinlər özümüz müalicə edək, cavan oğlumu məhv edirlər. Şərləyib tutmusunuz, sağlamlığını almayın əlindən. Mənim balam əzab çəkir orada”, - Orucova deyib. 

Mayın 1-də Bakı Apellyasiya Məhkəməsi Orucovun hökmündən verilən şikayətə baxıb. Məhkəmə fəalı həbsdə saxlayıb. 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 1 aylıq həbs edilib. Lakin o, azadlığa buraxılandan qısa müddət sonra – dekabrda yenidən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. 

Orucov ittihamları qəbul etməyib.

O, məhkəmədə qeyd edib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda işçilərin hüquqlarının pozulmasını ictimailəşdirdiyinə görə şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Ölümüm cəmiyyətdə bu rejimə qarşı nifrət hissini gücləndirər”

2 May 2025

Əziz Kərimov

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü, 32 gündür aclıq edən Tofiq Yaqublu ictimaiyyətə müraciət edib.  Qızı Nigar Həzinin ictimailəşdirdiyi mesajda Yaqublu ölümünü gözə aldığını, buna görə də müraciətinin sonuncu ola biləcəyini deyib.  Siyasətçi bildirib ki, aclıq aksiyası “çox ağır və əzablı prosesdir”, lakin bunun onun əzminə və iradəsinə heç bir təsiri yoxdur. “Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır”, - o qeyd edib.  Siyasi karyerası ərzində ona qarşı dörd dəfə cinayət işi açıldığını və dəfələrlə inzibati həbsə məruz qaldığını xatırladan Yaqublu, bunun şəxsi həyatına təsirlərindən, 2015-ci ildə qızı Nərgiz Yaqublunu ana olmağa hazırlaşarkən itirməsindən danışıb.  T.Yaqublu qeyd edib...
Siyasət

Sərhədsiz Reportyorlar: “Azərbaycanda müstəqil media qalmayıb”

2 May 2025

açıq mənbədən götürülüb

“Azərbaycan daxilində fəaliyyət göstərən “müstəqil media orqanı qalmayıb”. Bunu Toplum TV-yə açıqlamasında “Sərhədsiz Reportyorlar” Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cin Kavelyer deyib.  Kavelyer bildirib ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq demək olar ki, mümkünsüz olub. O əlavə edib ki, Suriya, Şimali Koreya və Eritreya kimi ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət media resurslarına tam nəzarət edir.  “Azərbaycanın media məkanında hökumətyönlü media holdinqləri, məsələn, “Media.az” və “Report.az” kimi platformalara sahib olan Global Media Holding hakimdir və onlar dövlət təbliğatının əsas kanalları kimi xidmət göstərirlər. 2014-cü ildən bəri qəbul olunan qanunvericilik yerli medianın xarici donorlar tərəfindən maliyyələşdirilməsini məhdudlaşdırır və...

Seçilmiş Videolar

Toplum TV loqo