"Amnesty İnternational" 10 gündür aclıq edən Tofiq Yaqublu üçün kampaniyaya başlayır
açıq mınbədən götürülüb
“Amnesty International” beynəlxalq təşkilatı Azərbaycanda həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azadlığa çıxması tələbi ilə kampaniyaya başlayacaq.
Tofiq Yaqublu artıq 10-cü gündür ki, təcridxanada aclıq aksiyası keçirir.
Kampaniyanın başladılması barədə Niderlandda yaşayan hüquq müdafiəçisi Arif Yunusov “Facebook” hesabında məlumat verib. O deyib ki, təşkilat bu haqda onun özünə bildirib:
““Amnesty” bütün dünyada onun (Tofiq Yaqublunun-red) azadlığa buraxılması tələbilə təcili kampaniyaya başlayır və bu kampaniyada bir çox ölkələr iştirak edəcək. Onlar bizdən soruşurlar: “Başqa nə edə bilərik?””
Yaqublunun vəkili Nemət Kərimlinin aprelin 9-da bildirdiyinə görə, Yaqublu “çox halsızdır və yeriməkdə çətinlik çəkir”.
O əlavə edib ki, ailəsinin istəyi üzrə həkim Adil Qeybullanın təcridxanada siyasətçini müayinə etmək müraciətinə də hələ cavab verilməyib.
Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”
sosial media
açıq mənbədən götürülüb