Foto: Reuters
Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasını ABŞ prezidenti Donald Trampın İsraillə atəşkəs təklifini qəbul etməyə Türkiyə razı salıb.
Bu barədə "Reuters" agentliyi adını açıqlamadığı diplomatik mənbələrə, həmçinin HƏMAS üzvlərinə istinadən bildirib.
"Türkiyənin HƏMAS-la əlaqələri əvvəllər Vaşinqton üçün problem hesab edilirdisə, indi geosiyasi bir üstünlüyə çevrilib. HƏMAS-ı Donald Trampın Qəzza planını qəbul etməyə inandırmaqla Ankara Yaxın Şərqin şahmat taxtasında öz mövqeyini bərpa edib, bu isə İsrailin və ərəb rəqiblərinin narazılığına səbəb olub. HƏMAS liderləri əvvəlcə ABŞ prezidentinin ultimatumuna – "İsrailli girovları azad edin, yoxsa dağıntılar davam edəcək" – müqavimət göstərsələr də, yalnız siyasi himayəçiləri kimi gördükləri Türkiyə onları amerikalıların planını qəbul etməyə təşviq etdikdə razılaşıblar", - agentlik yazıb.
Tramp da Misirdəki Sülh Sammitində çıxışında Qəzzada atəşkəsin əldə olunmasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu tərifləyib.
"Türkiyə adlı yerdən olan bu cənab dünyadakı ən güclü şəxslərdən biridir. O, etibarlı müttəfiqdir. O, həmişə mənim ehtiyacım olanda köməyimdədir", - Tramp Ərdoğana işarə edərək deyib.
Oktyabrın 13-də baş tutan sammitdə Trampın sülh planını özü və Qətər və Misir liderlərilə yanaşı Ərdoğan da imzalayıb.
"Ərdoğanın Qəzza sənədinə imzası Türkiyənin Yaxın Şərqdə mərkəzi rol əldə etmək səylərini gücləndirib. Ərdoğan bu mövqeyini bərpa etmək üçün çox çalışıb və bunu tez-tez Osmanlı dövrü əlaqələri və liderliklə əlaqələndirir", - "Reuters" yazır.
Agentliyə danışan ekspertlər bildirib ki, Türkiyə Vaşinqtonla normallaşan münasibətlərindən istifadə edərək, ABŞ-dən "F-35" döyüş təyyarələrinin alışının bərpası, sanksiyaların yumşaldılması və qonşu Suriya ilə bağlı məqsədlərinə çatmağı arzulayır.
Ərdoğan sentyabrda Ağ Evdə Trampın qəbulunda olub. Bu, onun Vaşinqtona son 6 ildə ilk səfəri olub. 2019-cu ildə də o, məhz Tramp tərəfindən dəvət olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AzEmbTelAviv/X
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür