Siyasət

Rusiyada 14 yaşlı məktəbli dayanacağa “Navalnı” yazdığına görə cəzalanıb

9 Oktyabr, 2025
27

Foto: TASS

Rusiyada 14 yaşlı məktəbliyə avtobus dayanacağının divarına “Navalnı” yazdığına görə 70 saat ictimai iş cəzası verib. Bu barədə insan haqları təşkilatı “OVD-Info” məlumat yayıb.

Məktəbli vandalizm (Rusiya Cinayət Məcəlləsinin 214.1-ci maddəsi) ittihamı ilə təqsirli bilinib.

İş üzrə zərərçəkmiş tərəf kimi rayon administrasiyası çıxış edib. İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, administrasiya barışıqla işin bağlanmasından imtina etsə də, yeniyetməyə minimal cəza verilməsini istəyib.

Yemiyetmə 2025-ci il fevralın 16-da — Aleksey Navalnının ölümünün birinci ildönümündə saxlanılıb, daha sonra isə imtahanla bağlı öhdəlik götürməsi şərti ilə azadlığa buraxılıb. 

Həmin gün hüquq-mühafizə orqanları onun valideynlərinin evində axtarış aparıb və məktəblinin telefonunu müsadirə ediblər.

Rusiya Federal Cəzaçəkmə Xidməti 2024-cü il 16 fevralda Navalnının öldüyünü elan edib. Agentliyin məlumatına görə, siyasətçi “gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib” və reanimasiya cəhdləri uğursuz olub.

2025-ci ilin sentyabrında siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya bəyan edib ki, tərəfdarları Navalnının ölümündən dərhal sonra onun bioloji nümunələrini ölkədən çıxarmağa müvəffəq olublar.

İki müxtəlif ölkənin müstəqil laboratoriyalarında aparılan analizlər nəticəsində Navalnının zəhərləndiyi müəyyən edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Putin: AZAL təyyarəsi çox güman ki, Rusiya səmasının müdafiəsi zamanı zədələnib 

9 Oktyabr 2025

Foto: Azərtac

Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında qəzaya uğramış AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zədələndiyini etiraf edib.  Putin görüşün mətbuat üçün açıq hissəsinə məhz təyyarə qəzası haqqında danışaraq başlayıb.  O bildirib ki, həmin gün Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın üç pilotsuz uçuş aparatını hədəfə alıb, daha sonra isə iki raket atıb və onlar “AZAL-a məxsus təyyarədən bir neçə metr məsafədə partlayıb”. Putin əlavə edib ki, təyyarə “çox güman ki, birbaşa mərmidən deyil, qəlpə parçalarından” zədələnib. Onun sözlərinə görə, ekipaja Maxaçqalada eniş etmək imkanı təklif olunub, lakin onlar nəticədə...
Siyasət

Koçaryan: "Paşinyan Ağ Evdə sadəcə bir alət idi" 

9 Oktyabr 2025

Foto/kollaj: Toplum TV

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan siyasətə qayıtdığını açıqlayıb.  Oktyabrın 7-də mətbuat konfransı keçirən keçmiş dövlət başçısı gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyini dilə gətirib.  O, həmçinin, baş nazir Nikol Paşinyanın yenidən seçilmə "şansının sıfır" olduğunu deyib. Koçaryan inanır ki, özünün başçılıq etdiyi Ermənistan İttifaqı partiyası rusiyalı milyarder Samvel Karapetyanın quracağı yeni partiya ilə birlikdə Paşinyanın Mülki Müqavilə partiyasını parlamentdən çıxaracaq. Siyasətçi daha sonra ölkəsi ilə Azərbaycan arasında sülh prosesindən danışıb. O, avqustun 8-də ABŞ prezidentinin şahidliyilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin bağladığı razılaşmaların ölkəsinə konkret faydalar verməyəcəyini deyib.  “Bu razılaşma Ermənistana yalnız problemlər gətirdi. ABŞ tranzit dəhlizi...

Seçilmiş Videolar

Toplum TV loqo