açıq mənbədən götürülüb
Ağ Evdən bildirilib ki, Prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyət və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın Vşinqton müxbiri xəbər verir.
“Bizim komandamız, diplomatlarımız və Milli Təhlükəsizlik Şurasının əməkdaşları vasitəsilə Azərbaycan hökumətinə aydın şəkildə bildirib ki, istintaqda yardıma ehtiyacı olduqda onlara kömək etməyə hazırıq”, Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib.
O, ABŞ-ın “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirdiyini də təsdiqləyib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, Qazaxıstan və Azərbaycan birlikdə araşdırma aparırlar, “əgər ehtiyac olsa, istəsələr, ABŞ bu araşdırmada öz köməyini təklif edib”.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?