Siyasət

Abzas Media-çılar ittiham aktını “kağız parçası” adlandırıb 

28 Dekabr, 2024
91

açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı, Məhəmməd Kekalov, Elnarə Qasımova, Nərgiz Absalamova və Fərid Mehralızadənin məhkəməsi davam edir. 

Dekabrın 28-də məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslər vəsatət qaldırıblar ki, qapı arxasında qalan ailə üzvləri, jurnalistlər və ictimai sektorun nümayəndələri məhkəmə zalına buraxılsın. Vəsatət təmin olunub. 

Sonra hakim Rasim Sadıxov sözü dövlət ittihamçısı Rauf Malışova  verib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. 

İttihama görə, Ülvi Həsənli 2016-cı ildə dövlət qeydiyyatına alınmamış Abzas Media adlı media qurumu yaradıb, onun həm təsisçisi, həm də direktoru olub. Digər təqsirləndirilən şəxslərlə birlikdə Abzas Media-nın adından ayrı-ayrı qrant layihələri üzrə xarici donor təşkilatlarından 2020-2023-cü illər ərzində ümumilikdə 545278,46 manat gəlir əldə edilib, ittihamda qeyd olunur. Bundan başqa, qaçaqmalçılıqla ölkəyə gətirilən pul vəsaitlərinin xərc istiqamətləri barədə xarici donor təşkilatlarına yalan məzmunlu hesabatlar verildiyi bildirilir. 

Hakim təqsirtləndirilən şəxslərdən ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Ülvi Həsənli bildirib ki, ittihamın mahiyyəti ona aydın deyil. 

“Abzas Media ölkə rəhbərliyinin, məmurların  korrupsiya əməllərini ifşa edib. Bu ittihamlar da bizə ona görə verilib”, - Ülvi Həsənli ittihamlara belə münasibət bildirib və əlavə edib ki, jurnalist fəaliyyətinə görə həbs olunub. 

Fərid Mehralızadə, Sevinc Vaqifqızı və digər təqsirləndirilən şəxslər də ittihamın mahiyyətinin onlara aydın olmadığını və özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar prokurorun elan etdiyi ittiham aktını “kağız parçası” adlandırıblar. 

“Meydan TV, Toplum TV, Abzas Media ölkəyə qaçaqmalçılıq yoluyla pul gətirməkdə ittiham olunur. Əgər bu qədər jurnalist gömrükdən bu qədər pul keçirmişdisə, ölkənin gömrük idarəsi hara baxırdı? Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gəlsin, burda ifadə versin”, - Sevinc Vaqifqızı prokuror ittiham aktını oxuduqdan sonra belə deyib. 

Hakim tərəflərdən məhkəmə istintaqının ardıcıllığı ilə bağlı təkliflərini öyrənib. Prokuror Rauf Malışov təklif edib ki, əvvəl təqsirləndirilən şəxslər, sonra şahidlər dindirilsin. Vəkillərsə razılaşmayıb. Onlar bir daha hakimin diqqətinə çatdırıblar ki, təqsirləndirilən şəxslərə ittihamın mahiyyəti aydın deyil: “Əvvəl ittihamın mahiyyəti aydın olmalıdır ki, sonra təqsirləndirilən şəxslər ifadə versin. Buna görə də əvvəlcə şahidlər dindirilməlidir”.

Ancaq hakim qısa müşavirədən sonra prokurorun təklifini dəstəkləyən qərar qəbul edib. 

Növbəti məhkəmə iclası yanvarın 21-nə təyin olunub.

 

Xatırlatma 

Təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Müstəntiqə çoxlu sualım var, məhkəməyə gəlsin, cavablandırsın”

29 Dekabr 2024

Əziz Kərimov

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.  Dekabrın 29-da keçirilən məhkəmə iclasında hakim Elnur Nuriyev ikinci cildin tədqiqinin ötən məhkəmə iclasından yarımçıq qaldığını bildirib. Ancaq sonra müdafiəçilər tərəfindən verilmiş və indiyədək baxılmamış saxlanılan vəsatətlərin müzakirə olunmasını təklif edib. Ötən məhkəmə iclaslarından birində vəkillər vəsatət qaldırmışdı ki, zərərçəkmiş Elşən Hüseynovun, təqsirləndirilən Elnur Məmmədovun ötən il dekabrın 2-dən 11-dək olan müddətdə telefonlarına gələn və gedən zənglərin, həmçinin hər ikisinin telefonlarının anten əhatə məlumatları aidiyyəti qurumlardan götürülsün. Bundan başqa, müdafiə tərəfi əlavə şahid kimi dindirilmiş Kənan Baskal və Vidadi Mirkamala məxsus telefonların da ötən il...
Siyasət

Rusiya vətəndaşlarının Azərbaycanda olma müddəti 90 günə endirildi

29 Dekabr 2024

açıq mənbədən götürülüb

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib. Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirmişdi ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, gələn ildən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo