sosial media
Nərimanov Rayon Məhkəməsi dindar fəal Elvin Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğu bildirilir (Turan).
E. Zeynalovun yaxınlarının dediyinə görə, istintaqı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.
Maştağa qəsəbəsində yaşayan Elvin Zeynalovun yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanıldığı, axşam saatlarında isə onun iştirakı ilə evində axtarış aparıldığını bildirirlər.
“Onlar şkafdan bir şalvar götürüb cibinə marixuana qoyub video çəkiblər. Sonra o şalvarı da, Elvini də aparıblar” yaxınları söyləyir.
Ailəsi E. Zeynalovun təqsirsiz olduğunu, şərlənərək tutulduğunu deyir.
E. Zeynalov Qarabağ müharibəsi veteranıdır. O, 2015-ci ildə Nardaran hadisələrinə görə məhkum edilmiş, bir il əvvəl isə narkotik maddə alveri ittihamı ilə yenidən həbs edilmiş Etibar İsmayılovun bacısı oğludur.
Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu, böyük hissəsini dindarların təşkil etdiyini və onların da əsasən narkotik ittihamı ilə saxlanıldıqlarını bəyan edirlər.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi və ya dini mövqeyinə təqib edilmədiyini bütün fundamental hüquq və azadlıqların təmin edildiyini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Siyavuş Novruzov: “Parlament Müstəqillik Gününədək amnistiya aktı işləyib hazırlaya bilər”
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək