Siyasət

Keçmiş diplomat: “Görmədiyim bıçaqdan əlimin izlərini çıxaran hüquq sistemindən heç nə gözləmirəm”

19 Noyabr, 2024
26

açıq mənbədən götürülüb

Nizami rayon Məhkəməsində keçmiş diplomat Emin İbrahimov barəsində həbs qətimkan tədbiri 2 ay uzadılıb.

Bu haqda onun vəkili Aqil Layıc Facebook hesabında yazıb. Onun sözlərinə görə, E.İbrahimov Azərbaycanın hüquq sistemində heç bir gözləntisi yoxdur.

“Məhkəmədə qeyd edir ki, həyatı boyu görmədiyim bıçaqdan mənim əlimin izlərini çıxaran hüquq sistemindən heç nə gözləmirəm. 

Bu məqamda onu deyim ki, bu tip işlərdə məhkəmə ekspertizası qədər saxtakarlıq edən ikinci orqan tanımıram”, - Aqil Layıc yazıb.

İbrahimov iyulun 24-də saxlanılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Onun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsi sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.

Emin İbrahimov 2007 - 2020-ci illərdə diplomat kimi fəaliyyət göstərib.  2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Keçmiş diplomat 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Metyu Miller: “Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki…”

21 Noyabr 2024

Amerikanınsəsi

Vaşinqton siyasi məhbusların azad edilməsi üçün Azərbaycana təzyiqləri davam etdirəcək.  Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə belə deyib. Turan xəbər agentliyinin Vaşinqton müxbiri ondan “COP29 Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün "itirilmiş fürsət" oldumu?” deyə soruşub. MetyuMiller belə cavab verib:  "Bizim insan hüquqlarını müdafiə etməmiz heç bir konfransla bağlı deyil. Bu gündəlik baş verən bir şeydir; COP29-dan əvvəl başlayıb və ondan sonra da davam edəcək". Azadlıq Radiosu ilə əməkdaşlıq edən və beş aydır həbsdə olan Fərid Merhalizadə haqqənda isə Dövlət Departementinin nümayəndəsi bunları deyib: "Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işlərilə məşğul olmaq hüquqlarına hörmət...
Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib

21 Noyabr 2024

Qafqazinfo

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib.  Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarından yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl etməyə, hava həyəcanı siqnalı zamanı sığınacaqlara keçmələrini xahiş edir. Bundan başqa bidlirilir ki, bu ölkədə təhlükəsizlik riskləri artması haqda  yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq. Noyabrın 20-dən Kiyevdə fəaliyyət göstərən bir sıra səfirliklər, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan öz səfirliklərini bağlayıb. Xəbərdarlıq Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki silah anbarını vurarkən ABŞ-ın uzaqmənzilli raketlrkənərindən istifadə etdiyi xəbəri yayıdıqdan sonra edilib.    

Seçilmiş Videolar

Toplum TV loqo