Həbsdəki tədqiqatçının filmi festivalda ən yaxşı filmlər siyahısına daxil edilib
hurriyet
Həbsdə olan tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi Prisma Awards – Rome Independent Film Award çərçivəsində oktyabrın ən yaxşı filmləri siyahısına daxil edilib (Turan).
Bu haqda Əbilovun müdafiəsi üzrə beynəlxalq kampaniyanın məlumatında deyilir.
Prisma Awards müstəqil kinonu təbliğ edən beynəlxalq platformadır. Hər ay Romada müsabiqələr keçirilir və ən yaxşı filmlər tarixi Cinema Farnese kinoteatrında illik mərasimə qatılmaq imkanı qazanır.
Bundan əvvəl Əbilovun "Fraqmentlər" filmi Monza (İtaliya) beynəlxalq kinofestivalında "ən yaxşı elmi-fantastik film" nominasiyasında mükafata layiq görülüb.
"Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub.
İqbal Əbilov bu il iyulun 22-də dövlətə xəyanət, xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması ittihamları ilə saxlanılıb. Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Habertürk
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb