açıq mənbədən götürülüb
Abşeron rayon Məhkəməsinin yazıçı Zümrüd Yağmur (Abıyeva) haqqında axtarış elan etdiyi deyilir. Bu haqda “Qafqazinfo” onun bacısı Sürəyya Ağayevaya istinadən məlumat yayıb.
Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Bildilrilir ki, Zümrüd Yağmur barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsə də, o ölkəni tərk edib.
Yazıçı bununla bağlı Meydan TV-yə danışıb və hakimiyyətyönlü medianın onun mövqeyini almadan xəbər yazmasını özünə qarşı qərəzin nümunəsi kimi qiymətləndirib. O, sözügedən məhkəmə prosesinin 2021-ci ildən davam etdiyini bildirib: “Sürəyya Ağayeva guya ona “təcavüzkarın anası” dediyim üçün 2021-ci ildə xüsusi ittiham qaydasında məni məhkəməyə vermişdi. Hansı ki, onun oğluna hökm oxunub və doğrudan da təcavüzkarın anasıdır. Buna baxmayaraq, məhkəmə davam edirdi və məsuliyyətə cəlbetmə müddəti 6 aydan çoxdur ki, bitib. Hər kəs bilir ki, xüsusi ittiham qaydasında cəlbetmə müddəti 2 ildir. Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, işi tamamlamayıb”.
Hakimin hərəkətini qanunsuzluq və qərəz kimi dəyərləndirən Zümrüd Yağmur deyir ki, dəfələrlə bununla bağlı Məhkəmə Hüquq Şurasına şikayət etsə də, ölçü götürülmür: “Əgər bir hakim qanunları heçə sayırsa və Məhkəmə Hüquq Şurası buna göz yumursa, o zaman niyə bu qurumlar var, dövlət büdcəsindən maaş alırlar? Bütün bunlar açıq suallardır. Uzun illərdir mənə qarşı qərəz Sürəyya Ağayevanın əli ilə davam edir və bu da onun bir nümunəsidir”.
Zümrüd Yağmur hazırda ölkədə olmadığını, müalicə üçün Ankaraya, daha sonra Niderlanda, qızlarının yanına getdiyini bildirib. O, vəkili Zibeydə Sadıqovanın məhkəmənin onlayn keçirilməsi üçün vəsatət qaldırmağa hazırlaşdığını qeyd edib.
“Buna baxmayaraq, Cəmilə Səfiyeva qanunsuz olaraq götürüb cəlbetmə müddəti bitmiş bir işlə bağlı məni axtarışa verib”, - Z.Yağmur söyləyib.
Vəkil Zibeydə Sadıqova da çıxarılmış qərarı qanunsuz hesab edib. O, Z.Yağmurun indiyədək bütün məhkəmə poseslərində iştirak etdiyini, bu dəfə səhhəti ilə bağlı iştirak etməyəcəyini yazılı çatdırdığını bildirib.
“Digər məsələ, xüsusi ittiham qaydasında olan işdə 2020-21-ci illərdə olan yazılardan şikayət edilib. Hansı ki, onlar da əsassızdır. Lap məhkəmə baxsa belə, müddət keçdiyi üçün Zümrüd xanıma heç bir cəza təyin edə bilməz. Belə olan halda niyə axtarışa verilir?”, - vəkil söyləyib.
Zümrüd Yağmurun qızının şikayətindən sonra bacısı oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Habertürk
Həbsdəki tədqiqatçının filmi festivalda ən yaxşı filmlər siyahısına daxil edilib
hurriyet
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb