Siyasət

“Abzas Media” işinin başlamasından 1 il ötür

21 Noyabr, 2024
16

Abzas Media

 Abzas Media internet nəşrinin əməkdaşlarının həbsindən bir il keçir. Ötən ilin noyabrn 21-dən başlayaraq nəşrin 6 əməkdaşı həbs edilib. Bunlar nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, reportyorlar Nərgiz Absalamova, Elnarə Qasımova, araşdrımaçı jurnalist Hafiz Babalıdır. Sonradan bu iş üzrə  jurnalist və iqtisadçı Fərid Mehralızadə də saxlanılıb. Ona qarşı da eyni ittihamlar irəli sürülüb.

Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, daha sonra ittihamlar ağırlaşdırılıb. 

 Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

AbzasMedia” Azərbaycanın yüksək vəzifəli dövlət məmurlarının ailə biznesləri və 2020-ci ildən Qarabağdakı  yenidənqurma işləri zamanı yol verilən korrupsiya ilə bağlı araşdırmalarla tanınan müstəqil media platformasıdır. Media orqanı Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə bağlı araşdırmalar, eləcə də onlarla nazir və məmurun adı hallanan açılmamış cinayətlərlə bağlı materiallar dərc edib. 

Abzas Medianın jurnalistləri məhz bu araşdırmalardan sonra həbs olunub.

Beynəlxalq qurumlar onları siyasi məhbus kimi tanıyıb, dəfələrlə Azərbaycan Prezidentini onları azad etməyə çağırıblar.

Amma Azərbaycan rəsmiləri həmin şəxslərin peşə faəliyyətinə görə həbs edilmədiklərini, ölkədə söz azadlığının təmin olunduğunu bəyan edir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Metyu Miller: “Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki…”

21 Noyabr 2024

Amerikanınsəsi

Vaşinqton siyasi məhbusların azad edilməsi üçün Azərbaycana təzyiqləri davam etdirəcək.  Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə belə deyib. Turan xəbər agentliyinin Vaşinqton müxbiri ondan “COP29 Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün "itirilmiş fürsət" oldumu?” deyə soruşub. MetyuMiller belə cavab verib:  "Bizim insan hüquqlarını müdafiə etməmiz heç bir konfransla bağlı deyil. Bu gündəlik baş verən bir şeydir; COP29-dan əvvəl başlayıb və ondan sonra da davam edəcək". Azadlıq Radiosu ilə əməkdaşlıq edən və beş aydır həbsdə olan Fərid Merhalizadə haqqənda isə Dövlət Departementinin nümayəndəsi bunları deyib: "Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işlərilə məşğul olmaq hüquqlarına hörmət...
Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib

21 Noyabr 2024

Qafqazinfo

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib.  Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarından yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl etməyə, hava həyəcanı siqnalı zamanı sığınacaqlara keçmələrini xahiş edir. Bundan başqa bidlirilir ki, bu ölkədə təhlükəsizlik riskləri artması haqda  yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq. Noyabrın 20-dən Kiyevdə fəaliyyət göstərən bir sıra səfirliklər, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan öz səfirliklərini bağlayıb. Xəbərdarlıq Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki silah anbarını vurarkən ABŞ-ın uzaqmənzilli raketlrkənərindən istifadə etdiyi xəbəri yayıdıqdan sonra edilib.    

Seçilmiş Videolar

Toplum TV loqo