açıq mənbədən götürülüb
Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda dekabrın 28-i matəm günü elan olunub (RİA Novosti).
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bir gün öncə bildirib ki, təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edirmiş.
Azərbaycan tərəf hesab edir ki, dekabrın 25-də baş verən qəzadan öncə təyyarə kənardan fiziki və texniki müdaxiləyə məruz qalıb.
Bundan öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qardaşı oğlunu dekabrın 25-də dronları vurduğuna görə mükafatlandırmışdı.
Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etmıyib.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?