Təqaüdə göndərilən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq
news24.az
Hərbi prokuror Xanlar Vəliyev təqaüdə göndərilib və Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq
“APA”nın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.
Media yazır ki, Xanlar Vəliyev aprelin 8-də səlahiyyət müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
20 ildir bu vəzifədə olan 70 yaşlı Vəliyev bu ilin martında ölkə prezidentinin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
Aprelin 7-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılması ilə bağlı qanun da imzalayıb.
Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.
Xanlar Vəliyevin adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi ilə bilinən “Tərtər işi”ndə təşkilatçılarından biri kimi çəkilir.
“Tərtər işi” 2017-ci ilin may ayında baş verib. Bu zaman Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək inşgəncələrə məruz qalıb və onlardan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb edilib.
İşgəncələr nəticəsində 11 nəfərdən çox hərbi qulluqçunun həyatını itirdiyi bildirilir.
Xanlar Vəliyev 2021-ci ildə açıqlama verib və işgəncə hallarını etiraf edib.
Lakin o, "erməni xislətli şəxslərin" bilərəkdən "Tərtər işi"ni şişirdiklərini və "tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışdıqlarını" da əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”
sosial media
açıq mənbədən götürülüb