Siyasət

Tofiq Yaqublu aclıq aksiyasına davam edir: "Məni də Navalnı kimi öldürəcəklər" 

2 mart, 2026
337

Foto: Əziz Kərimov

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu aclıq aksiyasına davam edir. 

Martın 1-də T.Yaqublu ilə görüşən qızı Nigar Həzi sosial media hesabında xəbər verib ki, atası 8 gündür aclıq edir. 

"Ata 8 gündə xeyli arıqlayıb. Gözləri çuxura düşüb. Görünən odur ki, bu dəfə çəki itkisi çox sürətlə gedəcək və orqanizmi tab gətirməyəcək", - o qeyd edib. 

T.Yaqublu fevralın 23-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftəlik cərimə kamerasına ("karser") salınmışdı. Müəssisə rəhbərliyi isə qərarı onun "kamerada axtarışa mane olması ilə" əsaslandırmışdı. 

T.Yaqublu daha öncə vəkili vasitəsilə verdiyi açıqlamada aclığa başlamasını "əsassız yerə karsa salınmasından" əlavə, barəsindəki "qanunsuz məhkəmə hökmü və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumması" ilə izah edib. 

N.Həzi atasına istinadən bildirib ki, sözügedən axtarış zamanı müəssisənin rəis müavinləri T.Yaqublunun saxlanıldığı kameraya daxil olaraq qazan, dabankeş, elektrik çaydanı və başqa əşyaları götürüblər. 

"Rəis müavinlərindən biri isə kamerada kobudcasına çığır - bağır salaraq yüksək səslə ataya deyib ki, “Nə? Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!” Bundan sonra isə onu kameradan çıxarıblar", - o qeyd edib. 

N.Həzi atasına aclıq aksiyasını dayandırması üçün israr etdiyini, lakin onun fikrində qəti olduğunu bildirib. 

T.Yaqublu Azərbaycan hakimiyyətinin onu öldürməyə çalışdığını deyib. 

"Mən bilirəm ki, bu həbsin sonu yoxdur. Bu dəfə məni karserə saldılar, gələn dəfə gəlib deyəcəklər ki, sənə qarşı yeni cinayət işi açırıq, daha sonra deyəcəklər ki, zona göndəririk, sonra yenə karserə salacaqlar və sonda məni Aleksey Navalnı kimi öldürəcəklər. Xatırlayırsınızsa, Navalnını da karserə salıb zəhərləmişdilər. Bilirəm ki, bu rejim məni öldürəcək. Elə isə ölümü mən özüm seçirəm”, - o, qızının ictimailəşdirdiyi açıqlamada vurğulayıb. 

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən onun həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo