Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr, 2026
60

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar.

Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar.

“Toplum TV” bəyanatı olduğu kimi təqdim edir.

“Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin onun miqyasını hər gün genişləndirir.

Bundan başqa, ölkə daxili ilə kifayətlənməyən avtoritar rejim xaricdə fəaliyyət göstərən şəxslərə, mühacirətdə məskunlaşan fəallara, vətəndaş cəmiyyəti təmsilçilərinə, jurnalistlərə də təzyiq və müdaxilə etməkdən çəkinmir. Eyni zamanda qanunsuz həbs və təzyiqlər edir, təxribatlar yaradır, intriqalara cəlb etməyə cəhdlər edir. Bütün bunlar nəticə verməyəndə isə ənənəvi repressiv siyasətini, təzyiq və işgəncə alətlərini işə salır. Belə hallara isə ölkə ictimaiyyətinin və ictimai rəyin effektiv təsiri, demək olar ki, yoxdur. Çünki siyasi genosid ictimai rəyin proseslərə təsirini heçə endirib. Repressiyalar elə bir həddə çatıb ki, bütövlükdə Azərbaycan xalqı siyasi genosidlə üz-üzə qalıb. Azərbaycan həbsxanaları hər cür şər və şaxta ittihamlarla üzləşən vətəndaşlarla rast dolub-daşır. Əliyev rejimi ölkəni “həbs qəbiristanlığına” çevirib. 
 
Hesab edirik ki, Azərbaycanın demokratikləşməsini istəyən hər bir ictimai-siyasi qurum, ayrı-ayrı şəxslər beynəlxalq səviyyədə sınaqdan uğurla keçmiş Belarus (Tixanovskaya) və Venesuela (Maçado) təcrübəsindən də yararlanaraq siyasi məhbusların müdafiəsi və ölkənin demokratikləşməsi uğrunda beynəlxalq müdafiəni, ümumilikdə 300-dən artıq siyasi məhbus probleminə, ölkədəki siyasi genosidin miqyasına yönəltməlidirlər. Çünki mövcud iqtidar siyasi genosidi həyata keçirərkən şəxslərə münasibətdə (siyasətçi, jurnalist, ictimai fəal, QHT-çi və s.) heç bir fərq qoymur. Məqsəd ölkədə onsuz da məhdud olan bütün azadlıqları tamamilə sıradan çıxarmaqdır. Ona görə də, ölkə ictimaiyyətinə, ziyalılara, Azərbaycanın gələcək demokratik inkişafını istəyən şəxslərə, vətəndaş cəmiyyəti nümayəndələrinə, ölkə daxilində və mühacirətdə olan fəallara, jurnalistlərə çağırış edirik ki, siyasi məhbus probleminin ictimai rəyin və cəmiyyətin əsas mövzusuna çevrilməsi üçün əllərindən gələn imkanları əsirgəməsinlər, beynəlxalq səviyyədə advokasiya işini aparan şəxslərə dəstək versinlər. Eyni zamanda mühacirətdəki aktiv kəsimi və müstəqil medianı da bu işdə ardıcıl olmağa çağırırıq”.  

Bəyanatı imzalayanlar:
 
1.     Natiq Cavadlı 
2.     Ramin Deko
3.     Şəmşad Ağa
4.     Məmməd Məmmədzadə
5.     Rüfət Səfərov
6.     Aynur Elgünəş
7.     Yaşar Ağazadə
8.     Ülviyyə Əli
9.     Aysel Umudova
10.  Aytac Tapdıq
11.  Xəyalə Ağayeva
12.  İmran Əliyev
13.  Ruslan İzzətli
14.  Bəhruz Səmədov
15.  Fatimə Mövlamlı
16.  Əli Zeynal
17.  Nurlan Qəhrəmanlı
18.  Fərid İsmayılov
19.  Ramil Babayev 
20.  Əhməd Muxtar
21.  İqbal Əbilov
22.  Afiəddin Məmmədov


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo