Sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin yenidən cərimə kamerasına ("karser") salındığı bildirilir.
Bu barədə iyunun 12-də AXCP üzvü Ceyhun Novruzov sosial media hesabında məlumat yayıb.
C.Novruzovun sözlərinə görə, buna səbəb Z.Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindəki problemləri ictimailəşdirməsi olub.
"Zamin bəyin verdiyi məlumata görə, qızmar yay günlərində məhbusların saxlanıldığı baraklarda kondisioner yoxdur. İnsanlar havasız şəraitdə qalmağa məcburdur. Baraklarda isə hələ də sovet dövründən qalmış köhnə ventilyatorlardan istifadə olunur. Bu kimi problemlər həll edilməli olduğu halda, müəssisə rəisi Şakir Qəniyev diqqətini problemlərin aradan qaldırılmasına deyil, onları dilə gətirən şəxsin cəzalandırılmasına yönəldib", - o qeyd edib.
Z.Salayev əvvəllər də həbsxanada "karser"ə salınıb.
Zamin Salayev 2023-cü il fevralın 7-də “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edərək siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.
Hazırda AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Human Rights Watch
Qanuna yeni dəyişiklik: "Əxlaqsız ifadələr"ə yer verən saytlara giriş bloklanacaq
Milli Məclis
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib