Siyasət

Rəşad Ramazanovun həbsdə işgəncəyə məruz qaldığı deyilir

27 May, 2022
2209

açıq mə =nbədən götürülüb

Mayın 20-də həbs olunan bloger Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir.

“Azadlıq Radiosu”nun xəbərinə görə, bu barədə yaxınları məlumat verib.

Onların sözlərinə görə, bu barədə onun özü mayın 27-də həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman deqyib. R.Ramazanov saxlanılarkəntəzyiqə məruz qaldığını deyib:"Daha sonra Rəşad dedi ki, o, Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb, orada onun cibinə narkotik qoyulub və etirafedici ifadələrə qol çəkməsi üçün ona işgəncələr verilib".

Vəkil Elçin Sadıqov "Facebook” hesabında yazıb ki, R.Ramazanovun həbsindən verdiyi apellyasiya şikayəti təmin olunmayıb: "Rəşad Ramazanovun hər iki ayağında, başında izlər var. Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göyümtül qançır) izləridir".

Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcəyini deyib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  "Turan"a deyib ki, məhkəmə prosesi zamanı R.Ramazanov tərəfindən səsləndirilən iddialar əsassızdır: "Həmin iddialarla bağlı səsləndirilən fikirlər gözləniləndir. Onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyət üzrə müraciət etmək hüququ var".

Bloger R.Ramazanov mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu rayon Məhkəməsi R.Ramazanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu, onun ikinci həbsidir. R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" R.Ramazanovu vicdan məhbusu kimi tanıyıb.

2019-cu ilin martında R.Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

23 İyun 2026

Toplum TV

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.  Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb. İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.  "Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi...
Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun 2026

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb.  “Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb. Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır.  Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib. Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər...

Seçilmiş Videolar

Toplum TV loqo