rsf.org
"Sərhədsiz Reportyorlar" hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun həbsi ilə bağlı açıqlama yayıb.
Açıqlama mayın 12-də təşkilatın “Twitter” hesabında dərc olunub.
Təşkilat blogeri dərhal azad etməyə çağırıb:
"Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə "tabe olmama" ittihamı ilə 28 sutka həbs edilib. Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. "Sərhədsiz Reportyorlar" təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”.
Mayın 10-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) fəalı, bloger Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati həbsə məhkum edilib.
O, mayın 9-da saxlanılıb.
Məhkəmə onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilib.
AMDP fəalın “Şirvan TV Eyvaz Eloğlu” adlı “YouTube” kanalında Şirvan rayonunda baş verən hüquq pozuntularını, dövlət əmlakının talan edilməsini, məmurların vətəndaşların şikayətlərinə qarşı biganəliyini ictimailəşdirdiyinə görə təqib edildiyini hesab edir. “Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb”, - partiya bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”